Местоположение: Bakı
“ Merkuri ” Bank Olmayan Kredit T ə ş kilat ı “Kame ra m üş ahid ə si ü zr ə daxili n ə zar ə t i şç isi ” vakansiyas ı üçün müsabiq ə y ə d ə v ə t edir. Namizə d ə t ə l ə bl ər Təşkilatın daxili qaydaları ilə işləmək bacarığı; MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı; Diqqətlilik, ehtiyatlılıq və yüksək dəqiqlik; Analitik düşüncə və müşahidə qabiliyyəti; Məsuliyyətlilik və operativ qərarvermə bacarığı; Məxfi məlumatların qorunması və xidməti informasiyanın konfidensiallığına riayət etmək bacarığı; Stressə davamlılıq və komandada işləmək bacarığı. Kamera müşahidə sistemləri ilə işləmək bacarığı üstünlükdür; Daxili nəzarət, monitorinq, kredit, təhlükəsizlik və ya oxşar sahələrdə iş təcrübəsi arzuolunandır; Və zif ə öhd ə likl əri: Təşkilatın filial və struktur bölmələrində həyata keçirilən kredit və digər əməliyyatlara kamera müşahidəsi vasitəsilə gündəlik nəzarət etmək; Kamera görüntüləri və təqdim edilmiş məlumatlar əsasında riskləri, prosedur pozuntularını, şübhəli və uyğunsuz halları müəyyən etmək; Aşkar edilmiş pozuntu və uyğunsuzluqları sənədləşdirmək, aidiyyəti rəhbərliyə məlumat vermək və nəticələr barədə hesabatlar hazırlamaq; Rəhbərliyin sorğusu əsasında kamera görüntülərinə baxış keçirmək, müəyyən edilmiş hallar üzrə araşdırma aparmaq və nəticələri təqdim etmək; Təşkilatın daxili təlimat və qaydalarına uyğunsuzluq və riskli hallar aşkar edildikdə rəhbərliyin diqqətinə çatdırmaq; Müəyyən edilmiş dövriliklə rəhbərliyə görülmüş işlər və aşkar edilmiş hallar barədə hesabatlar təqdim etmək; Hazır CV formalarınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi” qeyd etməklə göndərə bilərsiniz.