Yüklənir...
Местоположение: Bakı
Hazırda şirkətimizə Beton zavod operatoru köməkçisi vakansiyası üzrə namizəd axtarılır. İş yeri: Əsgəranda yerləşən Beton zavodu Tələblər: Orta və ya orta texniki təhsil; Əlaqəli sahə üzrə ən azı 1 il iş təcrübəsi; Beton istehsalatı qurğularının iş prinsiplərini, istehsalat prosesinin mərhələlərini bilmək; Müştəriyönümlülük; Əməyin mühafizəsi; Ünsiyyət. Əsgəran, Xankəndi, Ağdam və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir. Vəzifə və Öhdəliklər: İstehsalata başlamadan öncə zavoda ümumi baxış keçirmək və qurğuların işlək vəziyyətdə olmasına əmin olmaq; Baxış zamanı qurğuların detallarında hər hansı nasazlıq və ya zədələnmə aşkar edildikdə dərhal operatora və ya mexanki şöbəyə məlumat verərək; Avadanlıqlarda aşkar edilmiş problemlərin aradan qaldırılmasında iştirak etmək; Beton istehsalat qurğularının əsas hissələrinin (beton qarışdırıcının, konveyerin, və s.) təmizlənməsini, yağlanılmasını həyata keçirmək və texniki yoxlanılmasında iştirak etmək; Qurğuların fasiləsiz işləməsini təmin etmək məqsədilə əhəmiyyətli hissələrinin(sensorlar, kəmərlər və s.) işlək vəziyyətdə olmasına daimi nəzarət etmək; İstehsalat prosesi zamanı qurğularda baş verə biləcək mexaniki nasazlığın aradan qaldırılmasında texniki heyətə dəstək göstərmək; Avtobetonqarışdıran nəqliyyat vasitələrinin qurğulara düzgün yanaşmasını və dolum prosesi bitdikdən sonra çıxışını təhlükəsiz şəkildə təmin etmək; İstehsal prosesi başa çatdıqdan sonra xammal itkilərinin minimuma endirilməsi məqsədilə əraziyə tökülmüş materialların yenidən toplanaraq müvafiq anbarlara boşaldılmasını icra etmək; Zavod daxilində texniki proseslərin təhlükəsiz şəkildə davam etməsi üçün komandadakı digər əməkdaşlarla əməkdaşlıq etmək; İş zamanı şəxsi təhlükəsizlik və ətrafdakıların təhlükəsizliyini təmin etmək üçün bütün təhlükəsizlik qaydalarına riayət etmək; Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.