Məhsul üzrə Kiçik mütəxəssis (Hesab və ödəniş xidmətləri) - PASHA Bank

Местоположение: Bakı

Təsvir Hesab və ödəniş xidmətləri məhsulları üzrə satışın həyata keçirilməsi, gəlirlərinin artırılmasında və təyin edilmiş satış hədəflərinə çatmağa nail olunmasında müştəri menecerlərinə satışla əlaqəli dəstəyin göstərilməsi; Mütəmadi olaraq məhsulların gəlirliliyinin təhlil edilməsi, xərclərin optimallaşdırılması və proseslərin effektivliyin artırılmasını təmin etmək ilə məhsul dövriyyəsinin və gəlirliyinin gözlənilən həcmdə olmasına dəstək göstərməsi; Hesab və ödəniş xidmətləri məhsulları ilə bağlı problemlərin mütəmadi və proaktiv formada köklü həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan nəticələrə görə məhsulların optimallaşdırılması, yeni məhsul inkişaf təşəbbüslərinin irəli sürülməsi; “Hesab və ödəniş xidmətləri” məhsul xidmətlərinin davamlı inkişaf etdirilməsi üçün yerli bazara xas və beynəlxalq təcrübənin nəzərdən keçirilməsi, inkişaf üçün istiqamətlərin göstərilməsi; Məhsulun xüsusiyyətləri haqqında ilkin bilik və bacarıqlarının komanda daxilində bölüşdürməsi; Məhsulun inkişafı tələb olunan təqdirdə aidiyyəti bölmələr ilə tələb olunan texniki sənədlərin hazırlanması və testlərin həyata keçirilməsinin təmin edilməsi; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s. Tələblər Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və İqtisadiyyat üzrə; İş təcrübəsi (il və/və ya sahə olaraq): 0-1 il; Dil bilikləri: İngilis, Rus; Kompüter bilikləri: Microsoft Office; Digər məhsul üzrə biliklər: Bank məhsulları. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.