Smeta mühəndisi (Tikinti / İnşaat sahəsi) - Real İnşaat MMC

Местоположение: Bakı

İş şəraiti Əmək haqqı: 2500 – 3000 AZN (Namizədin bilik və təcrübəsinə əsasən müəyyən edilir) İş qrafiki: Tam iş günü Vəzifə öhdəlikləri: Layihə sənədləri və cizgilər əsasında iş həcmləri cədvəllərinin (BOQ) dəqiq hesablanması və tərtib edilməsi; Tikinti-quraşdırma işləri üzrə smeta sənədlərinin (forma 2, forma 3, resurs metodu və s.) hazırlanması və yoxlanılması; Tender sənədlərinin texniki və maliyyə hissələrinin smeta baxımından analiz edilməsi; Podratçı və təchizatçı təkliflərinin qiymətləndirilməsi, bazar qiymətlərinin araşdırılması və xərclərə nəzarət; Layihə dəyişiklikləri zamanı əlavə iş həcmlərinin və smeta fərqlərinin vaxtında sənədləşdirilməsi. Namizədə dair mütləq tələblər: Yaş həddi: 30 – 35 yaş Ali təhsil (İnşaat mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə); Tikinti sektorunda smeta mühəndisi kimi minimum 3–5 il real iş təcrübəsi; İş həcmləri cədvəlini və smetanı sıfırdan, sərbəst şəkildə hazırlamaq bacarığı; AutoCAD və MS Excel (yüksək səviyyədə, mürəkkəb cədvəl və funksiyalarla işləmə) proqramlarını mükəmməl bilmək; Tikinti norma və qaydalarını (AzDTN, SNiP) bilmək; İşində son dərəcə dəqiq, məsuliyyətli, çalışqan və tələbkar olmaq; Gərgin iş rejimində və son tarixlərlə (deadline) işləmək bacarığı. Ünvan - Ofis / Svetlana Məmmədova 203c Müraciət qaydası (Vacib qeyd): Yalnız yuxarıda qeyd olunan tələblərə tam cavab verən, tikinti sahəsində real təcrübəsi olan ciddi namizədlərin müraciət etməsi xahiş olunur. Tələblərə uyğun gəlməyən CV-lərə baxılmayacaq. Əlaqə  0512059867 Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .