Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifələr: Logistika şöbəsinin gündəlik fəaliyyətini təşkil və idarə etmək Məhsulların anbarlardan satış nöqtələrinə vaxtında və düzgün çatdırılmasını təmin etmək Nəqliyyat vasitələrinin və sürücülərin iş qrafikini təşkil etmək Avtoparkın fəaliyyətinə nəzarət etmək Nəqliyyat vasitələrinin texniki və ümumi işlək vəziyyətinə nəzarət etmək Avtomobillərin sürücülərə təhvil-təslim prosesini təşkil etmək və təhvil zamanı nəqliyyat vasitəsinin işlək vəziyyətini yoxlamaq Avtomobillərdə yaranan texniki problemləri ilkin mərhələdə müəyyən etmək və aidiyyəti üzrə həllini təşkil etmək Avtomobillərin texniki baxış, təmir və texniki xidmət proseslərinə nəzarət etmək Çatdırılma marşrutlarını planlaşdırmaq və optimallaşdırmaq Sifarişlərin vaxtında icrasına nəzarət etmək Nəqliyyat xərclərinə və yanacaq sərfiyyatına nəzarət etmək Sürücülərin işinə və davamiyyətinə nəzarət etmək Logistika üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək Anbar, satış və digər şöbələrlə koordinasiyalı fəaliyyət göstərmək Logistika proseslərində yaranan problemlərin operativ həllini təmin etmək Namizədə tələblər: Logistika sahəsində rəhbər vəzifədə iş təcrübəsi Komandanı idarə etmək bacarığı Rutlanma və nəqliyyat prosesləri üzrə təcrübə Analitik düşüncə və operativ qərarvermə bacarığı MS Office, xüsusilə Excel proqramında işləmə bacarığı Məsuliyyətli, intizamlı və təşkilatçılıq qabiliyyətli olmaq İş şəraiti İş qrafiki: 6 günlük iş qrafiki Əmək haqqı: 1000-1200 Azn İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin çıxışı Nahar şirkət tərəfindən verilir. İş saat 07:00-da başlayır. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.