İT satınalmaları üzrə mütəxəssis - Techtonas

Местоположение: Bakı

Şirkətimizin İT avadanlıqları, proqram təminatları və texnoloji xidmətlər üzrə satınalma proseslərini idarə edəcək İT satınalmaları üzrə mütəxəssis axtarırıq. Əsas vəzifələr İT avadanlıqları, proqram təminatları, lisenziyalar və texniki xidmətlər üzrə satınalma sorğularını qəbul etmək və icrasını təmin etmək; İT şöbəsi ilə birlikdə texniki tələbləri və satınalma ehtiyaclarını dəqiqləşdirmək; Yerli və xarici təchizatçıları araşdırmaq, qiymət təklifləri toplamaq və müqayisəli təhlil hazırlamaq; Təklifləri qiymət, texniki uyğunluq, keyfiyyət, zəmanət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə qiymətləndirmək; Təchizatçılarla danışıqlar aparmaq, uyğun kommersiya şərtlərini razılaşdırmaq; Sifarişlərin rəsmiləşdirilməsini, müqavilələrin razılaşdırılmasını və çatdırılma prosesini əlaqələndirmək; Proqram təminatı və abunəliklər üzrə lisenziya müddətlərini və yenilənmə tarixlərini izləmək; Satınalma sənədlərinin düzgünlüyünə nəzarət etmək, maliyyə və digər aidiyyəti şöbələrlə koordinasiyanı təmin etmək; Təchizatçı bazasını yeniləmək və onların fəaliyyətini qiymətləndirmək; Satınalma xərcləri üzrə hesabatlar hazırlamaq və optimallaşdırma imkanlarını müəyyənləşdirmək. Namizədə tələblər İqtisadiyyat, biznesin idarə edilməsi, logistika, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil; Satınalma sahəsində minimum 2 il iş təcrübəsi; İT satınalmaları üzrə təcrübəyə üstünlük verilir; Kompüter, noutbuk, server, şəbəkə avadanlıqları və periferik qurğuların əsas texniki göstəricilərini anlamaq; Proqram təminatı, lisenziyalaşdırma və abunəlik modelləri haqqında ümumi biliklər; Təchizatçıların araşdırılması, kommersiya təkliflərinin müqayisəsi və danışıqların aparılması bacarığı; Müqavilə, sifariş, hesab-faktura və digər satınalma sənədləri ilə işləmək bacarığı; MS Excel-də müqayisə cədvəlləri və hesabatlar hazırlamaq bacarığı; Azərbaycan dilində sərbəst ünsiyyət və işgüzar yazışma bacarığı; İngilis dilində texniki sənədləri və kommersiya təkliflərini anlamaq, işgüzar yazışma aparmaq bacarığı; Analitik düşüncə, detallara diqqət, məsuliyyət və vaxtın düzgün idarə edilməsi. Üstünlük verilən bilik və təcrübə Xarici təchizatçılarla əməkdaşlıq və idxal prosesləri haqqında biliklər; Bulud xidmətləri, informasiya təhlükəsizliyi həlləri və korporativ proqram təminatlarının satınalınması üzrə təcrübə; Tender və təklif sorğularının hazırlanması təcrübəsi; Satınalmanın yalnız ilkin qiymətini deyil, istifadə, xidmət və yenilənmə xərclərini də müqayisə etmək bacarığı. İş şəraiti İş yeri: Techtonas MMC, Çinar park biznes mərkəzi İş qrafiki: 1-5 gün, 09:00-18:00 İş formatı: Ofisdaxili Əməkhaqqı: 1000-1500 Azn (müsahibə əsasında təyin ediləcək) Əlavə təminatlar: Korporativ nömrə Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.