Местоположение: Bakı
Vəzifə öhdəlikləri Məhsulların anbara giriş-çıxış hərəkətini izləmək və stok qalıqlarına daim nəzarət etmək; Dövri fiziki inventarizasiya və sayımlar həyata keçirmək, faktiki qalıqları sistem məlumatları ilə müqayisə etmək; Məhsulların düzgün yerləşdirilməsini, saxlanılmasını və təhlükəsizliyini təmin etmək; Stok dövriyyəsi və qalıqlar barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; Ehtiyac duyulan məhsulların sifariş prosesini həyata keçirmək və tədarükçülərlə əlaqələri idarə etmək; Müvafiq hesabatları hazırlamaq və vaxtında təqdim etmək; Şirkətin mağazaları ilə anbar/ofis arasında məhsul hərəkətinin — qəbul, transfer, uçot və çıxarılma proseslərinin düzgün aparılmasını təmin etmək. Tələb olunan bacarıqlar Analitik düşüncə və stok səviyyələrini düzgün təhlil etmək bacarığı; MS Excel, 1C və ERP/stok idarəetmə proqramları ilə işləmək bacarığı; Güclü təşkilatçılıq və planlaşdırma bacarığı; Dəqiqlik, məsuliyyətlilik və operativlik; Hesabat hazırlamaq və məlumatları təhlil etmək bacarığı; Şəxsi avtomobilinin olması mütləqdir; Bəy namizədlərə üstünlük verilir. Şirkət təklif edir Əmək haqqı: 700 AZN + yanacaq xərcləri İş qrafiki: 6 günlük iş həftəsi Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .