Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Maliyyə uçotunu təşkil etmək, müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının uçota alınmasını, sənədləşdirilməsini təmin etmək və onlara nəzarət etmək; Maliyyə hesabatlarının periodik olaraq tərtib edilməsini təmin etmək; Vergi uçotunu təşkil etmək, optimallaşdırmaq və onlara nəzarət etmək; Dövlət orqanlarına aylıq, rüblük, illik hesabatların hazırlanaraq təqdim edilməsini həyata keçirmək; ERP-də əməliyyat dövrünün bağlanmasını həyata keçirmək; Dövriyyə-qalıq cədvəllərini hesablar üzrə təhlil etmək; İstehsal prosesinin uçotunu təmin etmək; Satış prosesinin uçotunu təmin etmək; Debitor və kreditorların, gəlir və xərclərin dəqiq uçotunu təmin etmək; Pul vəsaitlərinin hərəkətinin dəqiq uçotunu təmin etmək; Əmək haqqı hesablamasını və uçotunu təmin etmək; Əsas vəsaitlərin və onların amortizasiyasının uçotunu aparmaq; İşçilərlərlə hesablaşmaların, təchizatçı və müştərilərlə hesablaşmaların dəqiq və vaxtında həyata keçirilməsini təmin etmək. Hesablaşmaların qarşılıqlı üzləşdirilməsini təşkil etmək; ERP-də mal-pul axınlarının düzgün getməsini nəzarətdə saxlamaq; Mühasibat uçotu ilə bağlı müəssisənin fəaliyyəti üçün digər zəruri işləri aparmaq; Tələblər : İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil; Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi; Azərbaycan Respublikasının vergi, əmək və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək; Vergi və digər dövlət portallarında sərbəst işləmək bacarığı; Ofis proqramlarında (Word, excel) işləmək bacarığı və LOGO bilikləri; PMS sertifikatının olması üstünlükdür; Əmək şəraiti: İş yeri: Sumqayıt şəhəri İş rejimi: 6 günlük (şənbə günü növbəli formada) Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Baş Mühasib" qeyd edərək Müraciət et düyməsində elektron poçt ünvanına göndərə bilərlər.