Yüklənir...
Местоположение: Bakı
Funksiya: Logistika İş şəraiti Əmək haqqı: Müsahibə əsasında təyin olunur. İş yeri: Bakı şəhəri İş qrafiki: Həftənin 5 günü Ümumi məlumat: “Veysəloğlu” MMC-nin gələcək inkişaf strategiyası çərçivəsində logistika proseslərinin avtomatlaşdırılması və robotlaşdırılmış logistika mərkəzinin fəaliyyətə hazırlanması istiqamətində inkişaf potensialı yüksək olan gənc mütəxəssislərin komandaya cəlb edilməsi nəzərdə tutulur. Vəzifə üzrə işə qəbul ediləcək əməkdaşlar ilkin mərhələdə şirkətin mövcud logistika və anbar əməliyyatlarını, istifadə olunan proqram və sistemləri praktiki şəkildə öyrənəcək, növbəti mərhələlərdə isə avtomatlaşdırılmış və robotlaşdırılmış anbar sistemlərinin tətbiqi və idarə olunması üzrə inkişaf etdiriləcəklər. Vəzifə funksiyaları: Mövcud logistika və anbar proseslərini praktiki şəkildə öyrənmək və proseslərdə iştirak etmək; Anbar əməliyyatlarının qəbul, yerləşdirmə, toplama, çeşidləmə, komplektləşdirmə və göndəriş mərhələlərini öyrənmək; Logistika proseslərində istifadə olunan proqram və informasiya sistemlərini mənimsəmək; WMS və digər anbar idarəetmə sistemlərinin iş prinsiplərini öyrənmək; Logistika əməliyyatları üzrə məlumatları toplamaq, təhlil etmək və hesabatların hazırlanmasında iştirak etmək; Proseslərdə yaranan problemlərin səbəblərinin araşdırılmasında və həll yollarının hazırlanmasında iştirak etmək; Anbar proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması ilə bağlı layihələrdə iştirak etmək; Yeni robotlaşdırılmış logistika mərkəzinin tətbiqi mərhələlərində layihə komandası ilə birgə fəaliyyət göstərmək; Avtomatlaşdırılmış anbar avadanlıqları və idarəetmə sistemlərinin iş prinsiplərini mərhələli şəkildə öyrənmək; Əldə etdiyi bilik və təcrübəni gələcək avtomatlaşdırılmış logistika əməliyyatlarının idarə edilməsində tətbiq etmək. Vəzifə tələbləri: Ali təhsil (Logistika, Sənaye mühəndisliyi, Mexatronika, Avtomatlaşdırma, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Tətbiqi riyaziyyat və digər uyğun istiqamətlər üzrə); Yeni məzun və ya karyerasının ilkin mərhələsində olan namizədlərə üstünlük verilir; Güclü analitik və məntiqi düşünmə qabiliyyəti; Sistem və prosesləri öyrənmək və səbəb-nəticə əlaqələrini müəyyən etmək bacarığı; Rəqəmlərlə və məlumatlarla işləməyə maraq; MS Excel proqramı üzrə yaxşı bilik; Yeni proqram və texnologiyaları sürətli mənimsəmə bacarığı; Avtomatlaşdırma, robot texnologiyaları və logistika sistemlərinə yüksək maraq; Problem həll etmə və sistemli düşünmə bacarığı; İngilis dili biliyi üstünlükdür; Öyrənməyə və uzunmüddətli peşəkar inkişafa yüksək motivasiya; Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı. İş təcrübəsi: İş təcrübəsi tələb olunmur. Namizədin öyrənmə potensialı, analitik düşünmə qabiliyyəti və texnologiyaya marağı əsas seçim meyarlarıdır. Təminatlar: Nəqliyyat xidməti; Nahar ödənişi; Peşəkar inkişaf və təlim imkanları; Logistika və avtomatlaşdırma layihələrində praktiki iştirak imkanı. Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu bölməsində “Robot Logistika və Avtomatlaşdırılmış Anbar Sistemləri üzrə Kiçik Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya karyera.veyseloglu.az saytına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.