Местоположение: Bakı
Namizədə dair gözləntilər və xüsusi tələblər: Ali təhsil ( Riyaziyyat, statistika, maliyyə, aktuar elmləri və ya oxşar sahə); Dil bilikləri- Azərbaycan dili səlis, İngilis dili işgüzar səviyyədə; Minimum 3 il iş təcrübəsi ( Aktuar və ya sığorta sahəsində ); Kompüter bilikləri: MS Excel ( yüksək səviyyə ), SQL, R və ya Python ( arzuolunandır), böyük həcmli məlumatların emalı və statistik təhlili; Yerli və Beynəlxalq aktuar sertifikatları üzrə imtahanların mərhələləri üstünlükdür; Analitik və strateji düşüncə, məsuliyyətlilik, detallara diqqət, qərarvermə bacarığı, təşəbbüskarlıq, komanda ilə işləmək bacarığı. İş haqqında məlumat: Sığorta ehtiyatlarının adekvatlığının qiymətləndirilməsi üzrə analitik modellərin qurulması və nəticələrin təhlili; Aktuar fərziyyələrin və hesablama metodlarının əsaslandırılması, alternativ yanaşmaların qiymətləndirilməsi; Sığorta ehtiyatları üzrə nəticələrin dövrlərarası müqayisəsi və dəyişikliklərin səbəb amillərinin müəyyən edilməsi; Böyük həcmli məlumatların emalı, statistik təhlili və aktuar modellərin tətbiqi və təkmilləşdirilməsi; Risk, zərərlilik və gəlirlilik göstəricilərinin hesablanması və portfel performansının təhlili; Ssenari analizləri, stress-testlər və həssaslıq analizlərinin aparılması; Anderraytinq şərtləri və tariflərin adekvatlığının qiymətləndirilməsi üzrə analitik təhlillərin aparılması; Təkrarsığorta strukturunun risk profili ilə uyğunluğunun qiymətləndirilməsi; Kapital adekvatlığı və ödəmə qabiliyyəti göstəricilərinə dair analitik hesabatların hazırlanması; Sığorta ödənişləri ilə ehtiyatlar arasındakı fərqlərin təhlili və səbəblərin müəyyən edilməsi; Data keyfiyyətinin qiymətləndirilməsi və hesablama proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi. İş şərtləri: İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00); İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24 Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır İmtiyazlar: Könüllü tibbi sığorta; Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Aktuari üzrə baş mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.