Sex Rəisi - Xirman

Местоположение: Bakı

Yaxın zamanda fəaliyyətə başlayacaq yeni kolbasa istehsalı müəssisəmizə peşəkar, təcrübəli və idarəçilik bacarığına malik Sex Rəisi axtarılır. Əsas vəzifə öhdəlikləri: Kolbasa istehsalı prosesinin idarə olunması və nəzarətdə saxlanılması;a İstehsalatın texnoloji proseslərinin düzgün qurulması və icrasına nəzarət; İstehsalat planının hazırlanması və yerinə yetirilməsinin təmin edilməsi; İstehsalat işçilərinin iş bölgüsünün aparılması və kollektivin idarə olunması; Xammalın qəbulundan hazır məhsulun əldə olunmasına qədər bütün mərhələlərə nəzarət; Məhsulun keyfiyyətinə, dadına, görünüşünə və standartlara uyğunluğuna nəzarət; Xammal və istehsalat materiallarının səmərəli istifadəsinin təmin edilməsi; İstehsalat avadanlıqlarının düzgün istismarına nəzarət; Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarının təmin edilməsi; İstehsalatda məhsuldarlığın artırılması və itkilərin minimuma endirilməsi; Rəhbərliyə mütəmadi istehsalat hesabatlarının təqdim edilməsi. Namizədə tələblər: Kolbasa və ət məhsulları istehsalı sahəsində minimum 3-5 il iş təcrübəsi; Sex rəisi və ya istehsalat rəhbəri vəzifəsində iş təcrübəsi mütləqdir; Kolbasa istehsalının texnologiyasını, reseptura və istehsal mərhələlərini yaxşı bilmək; Ət xammalı, əlavələr və istehsalat prosesləri haqqında praktiki biliklər; İstehsalat avadanlıqları ilə işləmək və onların iş prinsipini bilmək; Komandanı idarə etmək və iş prosesini düzgün təşkil etmək bacarığı; Operativ qərarvermə, məsuliyyət və yüksək təşkilatçılıq qabiliyyəti. Rus dili biliyi mütləqdir (istehsalat üzrə rusdilli texnoloqla birbaşa ünsiyyət qurmaq)   ​​​​​ Digər Məlumatlar: İş qrafiki: 6 günlük Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək Ünvan: Binəqədi yolu 100 Nahar şirkət tərəfindən təmin edilir Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Sex rəisi” yazaraq göndərmələri xahiş olunur. Əlaqə 0552531364