Maliyyə üzrə aparıcı mütəxəssis - Təhsil Texnologiyaları Mərkəzi

Местоположение: Bakı

Təhsil Texnologiyaları Mərkəzi  komandasına  Maliyyə üzrə aparıcı mütəxəssis  axtarır. İş şəraiti İş yeri:  Bakı şəhəri, Nərimanov rayonu, F.X. Xoyski küçəsi 109 İş qrafiki:  Bazar ertəsi–Cümə | 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi) Əmək haqqı:  Müsahibə əsasında müəyyən ediləcək. Vəzifə öhdəlikləri Əməliyyatlarının mühasibat uçotu hesabları üzrə 1C proqram təminatında düzgün əks etdirilməsi və müvafiq hesablara nəzarət; Debitor və kreditor borcların uçotunun aparılması; Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri, ezamiyyə və mükafatların hesablanıb ödənilməsi üçün alt sənədlərin uyğunluğuna nəzarət; Layihələr üzrə büdcə sənədlərinin və hesabatlarının hazırlanmasına nəzarət edilməsi; Aylıq maliyyə bağlanış prosedurunun təmin edilməsi; Bank əməliyyatlarına nəzarət; Maliyyə hesabatlarının hazırlanması; Statistika hesabatlarının təqdim edilməsi; Əmək haqqının düzgün hesablanmasına nəzarət; Dövlət orqanlarından daxil olan müraciət və sorğuların cavablandırılması; Vahid muzdlu hesabatın hazırlanması və təqdim edilməsi; Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu üzrə sənədləşmədə iştirak edilməsi; Yanacaq və kommunikasiya xərclərinə nəzarət; Rəhbərlik tərəfindən tələb olunan digər tapşırıqların yerinə yetirilməsi. Tələblər Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahədə ali təhsil; Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (xüsusilə Excel); Maliyyə sahəsində minimum 3 il iş təcrübəsi; 1C 8.3 mühasibat proqramında işləmə bacarığı; Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində bilik və təcrübə; Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı; Ofis etikası, nizam-intizam və subordinasiya qaydalarına riayət etmək; Maliyyə sahəsində müvafiq beynəlxalq sertifikatlara sahib namizədlərə üstünlük verilir. CV-lərinizi  mövzu hissəsində  "Maliyyə üzrə aparıcı mütəxəssis"  qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq