Baş laborant (Ucar) - Textile Horizon MMC

Местоположение: Bakı

İş şəraiti İşəgötürən: Textile - Horizon MMC Struktur: Ucar Pambıq Emalı Zavodu Birbaşa rəhbər: Zavod rəhbəri İş yeri: Ucar İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00) Textile Horizon MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla xam pambıqdan hazır geyim məhsullarına qədər tekstil istehsalının bütün mərhələlərini bir araya gətirəcək iri həcmli tekstil istehsalı kompleksi yaradır. Bu layihə ilə Azərbaycanda ilk inteqrasiya olunmuş tekstil klasterinin formalaşdırılması nəzərdə tutulur. İplik istehsalı, parça istehsalı, boyama prosesləri əsas istehsal istiqamətləridir. Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir. Vəzifə öhdəlikləri: Laboratoriyanın işini təşkil etmək və laborantlara rəhbərlik etmək. Xammal, mahlıc və hazır məhsulun keyfiyyət göstəricilərinin yoxlanmasını təmin etmək. Analiz nəticələrinin dəqiqliyinə və standartlara uyğunluğuna nəzarət etmək. Nümunələrin götürülməsi və analiz prosedurlarının düzgün aparılmasını izləmək. Analiz nəticələrini sənədləşdirmək və rəhbərliyə hesabat vermək. Laboratoriya avadanlığının saz vəziyyətdə saxlanmasını təmin etmək. Vəzifə tələbləri: Ali təhsil (Kimya, Kimya mühəndisliyi, Qida mühəndisliyi, Tekstil mühəndisliyi, Aqronomluq və ya digər uyğun ixtisas). Pambıq və mahlıcın keyfiyyət göstəricilərinin təyini üsullarını bilmək. Pambığın ilkin emalı texnologiyası;  Pambıq lifinin keyfiyyət göstəriciləri;  Lif və çiyid analiz metodları; Nəmlik göstəricilərinə və qurutma prosesinə nəzarət;  Keyfiyyət göstəricilərinə əsasən istehsalat şöbəsinə operativ tövsiyələrin verilməsi. Laboratoriya avadanlığı ilə işləmək təcrübəsi. MS Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmək bacarığı Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Baş laborant (Ucar)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.