Baş mexanik (Ucar) - Textile Horizon MMC

Местоположение: Bakı

İş şəraiti İşəgötürən: Textile - Horizon MMC Struktur: Ucar Pambıq Emalı Zavodu Birbaşa rəhbər: Zavod rəhbəri İş yeri: Ucar İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00) Textile Horizon MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla xam pambıqdan hazır geyim məhsullarına qədər tekstil istehsalının bütün mərhələlərini bir araya gətirəcək iri həcmli tekstil istehsalı kompleksi yaradır. Bu layihə ilə Azərbaycanda ilk inteqrasiya olunmuş tekstil klasterinin formalaşdırılması nəzərdə tutulur. İplik istehsalı, parça istehsalı, boyama prosesləri əsas istehsal istiqamətləridir. Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir. Vəzifə öhdəlikləri: Fabrikin bütün mexaniki avadanlığının saz vəziyyətdə saxlanmasını təşkil etmək. Planlı-profilaktik təmir işlərinin qrafikini tərtib etmək və icrasına nəzarət etmək. Ehtiyat hissələrə tələbatı müəyyən etmək və vaxtında təmin olunmasını izləmək. Mexaniklərin işini əlaqələndirmək və onlara texniki rəhbərlik etmək. Avadanlığın istismar müddətinin uzadılması üçün tədbirlər görmək. Təmir və texniki xidmət işlərində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək. Vəzifə tələbləri: Ali və ya orta-ixtisas texniki təhsil (mexanika sahəsi). Sənaye avadanlığının təmiri və istismarı üzrə iş təcrübəsi. Texniki sənədləri (sxem, çertyoj) oxumaq bacarığı. komanda işində çeviklik; Vaxtın idarə edilməsi və konfliktlərin peşəkar həlli; Həm nəzəri, həm də praktiki biliklərə malik mütəxəssislər Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı; Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Baş mexanik (Ucar)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.