Yüklənir...
Местоположение: Bakı
Məlumat Meneceri Komandamıza Məlumat Meneceri vəzifəsi üzrə yeni əməkdaşlar dəvət olunur. Bu vəzifə müraciət edən şəxslərlə ilkin ünsiyyətin qurulması, məlumatlandırma prosesinin həyata keçirilməsi, komanda daxilində koordinasiyanın təmin olunması və yeni əməkdaşların adaptasiya mərhələsinə dəstək göstərilməsini əhatə edir. Vəzifə öhdəlikləri: Müraciət edən şəxslərlə əlaqə yaratmaq və ilkin məlumatlandırmanı həyata keçirmək; Namizədlərin suallarını cavablandırmaq və düzgün istiqamətləndirmək; Yeni əməkdaşların iş prosesinə uyğunlaşmasına dəstək göstərmək; Komanda ilə koordinasiyalı şəkildə fəaliyyət göstərmək; Görüşlərin və təqdimatların təşkilində iştirak etmək; İş prosesi ilə bağlı hesabat və məlumatların qeydiyyatını aparmaq. Əmək şəraiti: Təcrübə tələb olunmur, iş prosesi tam şəkildə öyrədilir; İlk 4 gün ərzində nəzəri və praktiki hazırlıq keçirilir; Online, offline və hibrid iş formatı seçimi; Sərbəst və çevik iş qrafiki; Karyera yüksəlişi və inkişaf perspektivi; Peşəkar mentor dəstəyi; Təlim və seminarlarda iştirak imkanı; Liderlik və idarəetmə bacarıqlarının inkişafı; Tələbələr üçün uyğun iş imkanı; Əlavə gəlir əldə etmək və nəticəyə əsaslanan mükafatlandırma sistemi. Namizədə tələblər: 18 yaşdan yuxarı olmaq; Güclü ünsiyyət və təqdimat bacarığı; Məsuliyyətli, intizamlı və məqsədyönlü olmaq; Öyrənməyə və şəxsi inkişafa açıq olmaq; Komanda ilə işləmək bacarığı; Kompüter və onlayn ünsiyyət vasitələrindən istifadə bacarığı üstünlük hesab olunur. Axtardığımız namizədin portreti: Axtardığımız namizəd insanlarla ünsiyyət qurmağı sevən, məsuliyyət hissi yüksək olan, yeni bilik və bacarıqlar əldə etməyə həvəsli biridir. O, komandada effektiv işləməyi bacarmalı, verilən tapşırıqlara məsuliyyətlə yanaşmalı və daim inkişaf etməyə motivasiyalı olmalıdır. Ünsiyyət qurmaqdan çəkinməyən, pozitiv yanaşmaya malik və nəticəyönümlü namizədlərə üstünlük verilir. Müraciət qaydası: Maraqlanan namizədlər müraciətlərini göndərərək ilkin tanışlıq və məlumatlandırma görüşündə iştirak edə bilərlər. İş prosesi, əməkdaşlıq şərtləri və digər detallı məlumatlar müsahibə zamanı təqdim olunacaq. CV'lərinizi whatsapp nömrəsinı göndərin: (070) 717 97 40