Planlama üzrə Baş Mütəxəssis - Titan Group

Местоположение: Bakı

İş yeri:  Binə qəsəbəsi Sahə:  İstehsalat Əmək haqqı:  Müsabiqə əsasında Vəzifə öhdəlikləri: İstehsal planlarının hazırlanması və icrasına nəzarət etmək; Sifarişlərə uyğun istehsal qrafiklərini tərtib etmək və istehsal prosesini koordinasiya etmək; İstehsal gücü, xammal və resurs ehtiyaclarını planlaşdırmaq; İstehsalın gedişatını gündəlik izləmək, gecikmələrin səbəblərini təhlil etmək və həll yolları təklif etmək; Satınalma, anbar, istehsal və logistika şöbələri ilə koordinasiyalı işləmək; Hazır məhsul və sifarişlərin icra vəziyyəti üzrə mütəmadi hesabatlar hazırlamaq; İstehsalın səmərəliliyinin artırılması istiqamətində təkliflər vermək. Tələblər: Planlama, istehsalat və ya təchizat zəncirinin idarə edilməsi sahəsində minimum  3 il  iş təcrübəsi; Ali təhsil (Sənaye mühəndisliyi, Logistika, İqtisadiyyat, Menecment və ya əlaqəli ixtisaslar üzrə); MS Excel proqramını yüksək səviyyədə bilmək; ERP sistemləri ilə işləmək bacarığı (üstünlükdür); Analitik düşünmə, planlaşdırma və problem həll etmə bacarığı; Məsuliyyətli, operativ və komandada işləmək bacarığı. Şirkət tərəfindən təmin edilir: Əmək haqqı  müsabiqə əsasında ; Nahar; Servis xidməti; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .