Direktor assistenti - Uğur İndustry MMC

Местоположение: Xırdalan

İş yeri: Xırdalan şəhəri Namizədə tələblər: Ali təhsil; Müvafiq sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi olmalı; MS Office (Word, Excel) proqramlarını bilməli; Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı; Analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabilyyəti olmalı; Əsas vəzifə öhdəlikləri: Sorğu materiallarının komplektləşməsini təmin edir, onları sinifləndirir və sistemləşdirir; Xidməti materiallarla işləyir, onları rəhbərə məruzə etmək üçün sistemləşdirir; Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, tapşırılan məktubların müəlliflərinə cavab məktubu hazırlayır; Direktorun iclas və müşavirələrinin keçirilməsini planlaşdırır; Müəyyən edilmiş mövzu üzrə məlumat toplayaraq rəhbərin çıxışlarının layihəsini hazırlayır; Direktorun tapşırığına müvafiq olaraq sənədləri icraçılara verir, qeydiyatlarını rəsmləşdirir; İcra olunmuş sənədləri ünvanlara yola salır; Menecment iclaslarının protokollarını tərtib edir və uçotunu aparır; Cəmiyyətin Direktoru tərəfindən struktur bölmələrinə göndərilən əmr, sərəncam, tədbirlər planı və s. göstərişlərin icrasına nəzarət edir; Direktorun tələb etdiyi forma və müddətlərdə fəaliyyətinə aid hesabatları hazırlayır və təqdim edir; Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsini təmin edir;  Təminatlar: Əmək bazarında rəqabətli əməkhaqqı; Nahar ilə təmin edilir. Korporativ nömrə ilə təmin edilir. İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən). Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Jooble.az - Direktor assistenti” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. e-mail: cv@ugurindustry.az