Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Cəmiyyətin server və şəbəkə infrastrukturunu quraşdırılmasını, konfiqurasiya edilməsini və fasiləsiz işləməsini təmin etmək; Server‑xidmətlərdə və şəbəkə avadanlıqlarında baş verən nasazlıqları proaktiv monitorinq etmək, diaqnostika aparmaq və operativ həll etməsində dəstək göstərmək; zərurət olduqda məsələni aidiyyatı funksiyalara yönəltmək - DB admin, NetAdmin, SysAdmin, Infosec və ya IT komandalarına eskalasiya etmək və icrası üzərində nəzarəti saxlamaq; Biznes‑kritik xidmətlərdə yaranan texniki xətaları təhlil etmək, vendor və dəstək komandaları ilə koordinasiyalı şəkildə problemi aradan qaldırmaq; Backup strategiyası, load‑balancing, fayl serveri, virtualizasiya və digər əsas xidmətlərin dizaynı, test edilməsi, dayanıqlı və təhlükəsiz istismarını təmin etmək; bərpa ssenarilərini mütəmadi sınaqdan keçirmək; Cəmiyyətin əməkdaşlarının İT sorğularını (avadanlıq, qoşulma, printer/skaner, proqram təminatı və s.) vaxtında qəbulu, prioritetləşdirilməsi və həlli; istifadəçi məmnuniyyətinin təmin edilməsi; İT avadanlıqlarının (notbuk, PC, monitor, dock‑stansiya, periferiya və s.) tam inventarizasiyasını aparmaq, təhvil‑təslim aktlarını və seriya nömrələrini elektron sistemdə aktual saxlamaq; İnformasiya təhlükəsizliyi siyasətlərini (Acceptable Use, Clean Desk, Phishing Awareness, Remote Work və s.) tətbiq edilməsində dəstək göstərmək; Şəbəkə və sistem təhlükəsizliyini təmin etmək üçün giriş icazələrini idarə etmək, logların, antivirus və EDR həllərinin monitorinqini aparmaq, risklərin vaxtında aşkar olunmasını və aradan qaldırılmasını təmin etmək; Şirkətin texnoloji ehtiyaclarını analiz etmək, yeni avadanlıq və proqram təminatı üzrə bazar araşdırmaları aparmaq, optimal qiymət‑keyfiyyət balansını seçmək və satınalma prosesini idarə etmək; Bütün İT dəyişiklikləri, hadisələr və aktivlər üzrə sənədləşmə, prosedur və təlimatları hazırlamaq, mütəmadi yeniləmək və audit tələblərinə uyğunluğunu təmin etmək; Elektron ticarət və digər yeni məhsul/xidmət layihələrində İT tərəfdən iştirak etmək, pilot testləri dəstəkləmək, sistemlərin dayanıqlığını və SLA/KPI göstəricilərini izləmək, rəhbərliyə dövri hesabatlar təqdim etmək; Kommersiya sirrinin qorunmasına riayət edilmək; Bilavasitə ona təhkim edilmiş Cəmiyyətə aid mülkiyyəti qorunmaq və lazımi səviyyədə saxlanılmasını təmin etmək; Xidmət keyfiyyətinin yaxşılaşması istiqamətində təkliflər hazırlamaq və bu təklifləri rəhbərliyə baxılması üçün təqdim etmək; Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək; Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək. Vəzifə üzrə tələblər: İT, kompüter elmləri və ya əlaqəli sahədə ali təhsil; Müvafiq sahədə 2 il iş təcrübəsi; Şəbəkə və server idarəçiliyi, sistem təhlükəsizliyi və proqramlaşdırma sahələrində təcrübə; Şəbəkə qurğuları, sistemlər və serverlər haqqında dərin biliklər. Windows, Linux və digər əməliyyat sistemləri ilə təcrübə; Şəbəkə təhlükəsizliyi və şifrələmə protokolları haqqında biliklər. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.