Местоположение: Bakı
İş yeri: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küç. İş şərtləri: Əmək haqqı: Müsahibə əsasında İş qrafiki: 5 günlük iş həftəsi İş saatları: 09:00–18:00 Nahar şirkət tərəfindən təmin olunur Tələblər: İqtisadiyyat, Maliyyə, Statistika, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil; Analitika və hesabatlıq sahəsində minimum 3 il iş təcrübəsi; MS Excel proqramını yüksək səviyyədə bilmək; Pivot Table, Power Query və mürəkkəb Excel formulaları ilə işləmə bacarığı; Power BI bilikləri üstünlükdür; Güclü analitik və riyazi düşüncə; Məlumatlarla işləmə və nəticələri düzgün interpretasiya etmə bacarığı; Komandaya rəhbərlik və işin koordinasiyası bacarığı; Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq. Vəzifə öhdəlikləri: Şirkətin satış, maliyyə və əməliyyat göstəricilərinin kompleks təhlilini aparmaq; Gündəlik, həftəlik və aylıq analitik hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək; Şirkətin əsas KPI göstəricilərini formalaşdırmaq, izləmək və nəticələri təhlil etmək; Satış dinamikası, məhsul kateqoriyaları, regionlar və digər biznes göstəriciləri üzrə təhlillər aparmaq; Məlumat bazalarının düzgünlüyünə və məlumatların keyfiyyətinə nəzarət etmək; Excel və Power BI vasitəsilə dashboard, analitik cədvəl və vizual hesabatlar hazırlamaq; Plan və fakt göstəricilərini müqayisə etmək, kənarlaşmaların səbəblərini müəyyənləşdirmək; Analitik nəticələr əsasında biznes proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq; Rəhbərliyin qərarvermə prosesini dəstəkləyən analitik məlumat və təqdimatlar hazırlamaq; Analitik komandanın işini koordinasiya etmək və tapşırıqların icrasına nəzarət etmək; Rəhbərliyin tələb etdiyi digər analitik hesabat və təhlilləri hazırlamaq. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Mövzu hissəsində “Baş Analitik” qeyd etməyiniz xahiş olunur.