Keyfiyyətə Nəzarət (QC) üzrə Mülki İnşaat Müfəttişi (Sahə) - Amina and S Group

Местоположение: Bakı

Vəzifə və öhdəliklər: Müvəqqəti yolun tikintisi üzrə aparılan bütün mülki inşaat işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki spesifikasiyalara, işçi cizgilərə və qüvvədə olan standartlara uyğunluğuna nəzarət etmək; Yol tikintisi zamanı torpaq işləri, qazıntı, əsasın hazırlanması, geotekstil və geogrid materiallarının döşənməsi, karbonat və çınqıl qatlarının sərilməsi və sıxlaşdırılması proseslərinə keyfiyyət nəzarətini həyata keçirmək; Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş İcraat Bəyanatlarına (Method Statement) və Yoxlama və Sınaq Planlarına (ITP) uyğun yerinə yetirilməsini təmin etmək; Yolun layihə üzrə eni, hündürlük səviyyələri, qat qalınlıqları, maillikləri və digər texniki göstəricilərinin uyğunluğunu yoxlamaq; Torpaq və yol tikintisi materialları üzrə laboratoriya sınaqlarının təşkilinə və nəticələrinin qiymətləndirilməsinə nəzarət etmək; Sıxlaşdırma, materialların dənəvərlik tərkibi, nəmlik və digər müvafiq sınaqların layihə tələblərinə uyğun aparılmasını izləmək; Mülki sınaq laboratoriyaları ilə koordinasiyanı təmin etmək, laboratoriya hesabatlarını və sınaq protokollarını yoxlamaq; Tikinti sahəsinə daxil olan materialların keyfiyyət sertifikatlarını, mənşə sənədlərini və texniki göstəricilərini yoxlamaq; İşlərin mərhələlər üzrə yoxlanılmasını təşkil etmək, yoxlama sorğularını (Inspection Request – IR) hazırlamaq və müvafiq təsdiqləri izləmək; Aşkar edilmiş uyğunsuzluqları qeydiyyata almaq, Uyğunsuzluq Hesabatlarını (NCR) hazırlamaq və düzəldici tədbirlərin icrasına nəzarət etmək; Gündəlik keyfiyyət yoxlamalarını həyata keçirmək və müvafiq QC hesabatlarını hazırlamaq; Ölçü və sınaq avadanlıqlarının kalibrləmə sənədlərinin qüvvədə olmasını yoxlamaq; Sifarişçi, podratçı, subpodratçılar və laboratoriya nümayəndələri ilə keyfiyyət məsələləri üzrə koordinasiyanı təmin etmək; Tikinti sahəsində daxili və xarici keyfiyyət auditlərində iştirak etmək; Layihənin yekun keyfiyyət sənədlərinin, yoxlama aktlarının və təhvil-təslim sənədlərinin hazırlanmasında iştirak etmək; Vəzifəsinin icrası ilə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Tələblər: Mülki mühəndislik, inşaat mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil; Mülki inşaat sahəsində keyfiyyətə nəzarət üzrə minimum 5 il iş təcrübəsi ; Yol tikintisi layihələrində praktiki iş təcrübəsi; Mülki sınaq laboratoriyaları ilə işləmək və laboratoriya sınaqlarının nəticələrini qiymətləndirmək bacarığı; Torpaq işləri, yol əsaslarının hazırlanması, materialların sıxlaşdırılması və keyfiyyət göstəricilərinin yoxlanılması üzrə texniki biliklər; Method Statement, ITP, IR, NCR və digər keyfiyyət sənədləri ilə işləmək bacarığı; Tikinti işçi cizgilərini, texniki spesifikasiyaları və müvafiq standartları oxumaq və tətbiq etmək bacarığı; Keyfiyyətə nəzarət üzrə beynəlxalq və yerli normativ sənədlər haqqında biliklər; Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı; Azərbaycan dilində sərbəst ünsiyyət və hesabatvermə bacarığı; İngilis dili biliyi üstünlükdür; Yüksək məsuliyyət, diqqətlilik, təşkilatçılıq və komandada işləmək bacarığı; Layihə sahəsində işləməyə hazır olmaq. İş şəraiti: İş yeri: Salyan rayonu – Qarabağ Layihəsi, Müvəqqəti yolun çəkilişi; Müqavilə müddəti: 3 ay, layihənin ehtiyaclarına uyğun olaraq uzadılması mümkündür; Əməkhaqqı: Namizədin təcrübəsi və peşəkar bilikləri əsasında müsahibə zamanı müəyyən ediləcək. Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Keyfiyyətə Nəzarət (QC) üzrə Mülki İnşaat Müfəttişi (Sahə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt elektron ünvanına göndərə bilərlər