Kimyəvi sınaqlar üzrə mütəxəssis - AT - Geotech MMC

Местоположение: Bakı

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Kimyəvi sınaqlar üzrə mütəxəssis vakansiyası üzrə namizəd axtarılır. Vəzifə öhdəlikləri  Qrunt və yeraltı su nümunələrinin kimyəvi analizlərinin aparılması;  Laboratoriya şəraitində kimyəvi sınaqların müvafiq metodika və standartlara uyğun həyata keçirilməsi; Su və qrunt nümunələrində pH göstəricisinin təyin edilməsi; Sulfat, xlorid, bikarbonat ionlarının və ümumi sərtliyin müəyyən edilməsi;  Kalsium, maqnezium, natrium, kalium, dəmir və manqan elementlərinin təyini; Ammonium, nitrat və nitrit göstəricilərinin müəyyən edilməsi; Suda elektrik keçiriciliyi (EC), ümumi həll olmuş duzlar (TDS), ümumi mineralizasiya və qalıq quru maddənin təyin edilməsi; Suyun kimyəvi tərkibinin, ümumi turşuluğunun və aqressivlik göstəricilərinin müəyyən edilməsi; Zərurət olduqda suda üzvi maddələrin və COD göstəricisinin təyin edilməsi; Laboratoriya avadanlıqlarının düzgün istismarının və ölçmə cihazlarının kalibrlənməsinin təmin edilməsi; Kimyəvi reagentlərin hazırlanması, saxlanılması və istifadəsinə nəzarət edilməsi; Sınaq nəticələrinin qeydiyyatının aparılması, hesablanması və laboratoriya hesabatlarının hazırlanması; Laboratoriya işlərində keyfiyyətə nəzarət və təhlükəsizlik qaydalarına riayət edilməsi. Namizədə tələblər Kimya, analitik kimya, kimya mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil; Laboratoriya şəraitində kimyəvi analizlərin aparılması üzrə iş təcrübəsi arzuolunandır; Su və qrunt nümunələrinin kimyəvi analiz metodları barədə biliklər; GOST, ASTM, ISO və BS standartlarından ən azı biri üzrə bilik və praktiki iş təcrübəsi; Laboratoriya avadanlıqları, analitik ölçmə cihazları və kimyəvi reagentlərlə işləmək bacarığı; Analiz nəticələrinin hesablanması, sənədləşdirilməsi və hesabatların hazırlanması bacarığı; Dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.   Üstünlük hesab olunur  Geoloji, geotexniki laboratoriyada iş təcrübəsi;  Su və qrunt nümunələrinin kimyəvi analizləri üzrə praktiki təcrübə;  Laboratoriya keyfiyyət idarəetmə sistemi barədə biliklər. Əmək şəraiti: İş yeri: Xırdalan İş rejimi: 09:00-18:00 (5 günlük) Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.