Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi - Azərbaycan Mikro Kredit BOKT

Местоположение: Bakı

“Azərbaycan Mikro-Kredit BOKT” ASC Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi vəzifəsinə işçi axtarışı elan edir. Bölgə: Bakı şəhəri. İş günləri: Bazar ertəsi – Şənbə Tələblər: Xanım namizədlər Daxili nəzarət, monitorinq, kredit, təhlükəsizlik və ya oxşar sahələrdə iş təcrübəsi arzuolunandır; Kamera müşahidə sistemləri ilə işləmək bacarığı üstünlükdür; Təşkilatın daxili qaydaları ilə işləmək bacarığı; MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı; Diqqətlilik, ehtiyatlılıq və yüksək dəqiqlik; Analitik düşüncə və müşahidə qabiliyyəti; Məsuliyyətlilik və operativ qərarvermə bacarığı; Məxfi məlumatların qorunması və xidməti informasiyanın konfidensiallığına riayət etmək bacarığı; Stressə davamlılıq və komandada işləmək bacarığı. İşin təsviri:  Təşkilatın filial və struktur bölmələrində həyata keçirilən kredit və digər əməliyyatlara kamera müşahidəsi vasitəsilə gündəlik nəzarət etmək;  Kamera görüntüləri və təqdim edilmiş məlumatlar əsasında riskləri, prosedur pozuntularını, şübhəli və uyğunsuz halları müəyyən etmək;  Aşkar edilmiş pozuntu və uyğunsuzluqları sənədləşdirmək, aidiyyəti rəhbərliyə məlumat vermək və nəticələr barədə hesabatlar hazırlamaq;  Rəhbərliyin sorğusu əsasında kamera görüntülərinə baxış keçirmək, müəyyən edilmiş hallar üzrə araşdırma aparmaq və nəticələri təqdim etmək;  Təşkilatın daxili təlimat və qaydalarına uyğunsuzluq və riskli hallar aşkar edildikdə rəhbərliyin diqqətinə çatdırmaq;  Müəyyən edilmiş dövriliklə rəhbərliyə görülmüş işlər və aşkar edilmiş hallar barədə hesabatlar təqdim etmək;  Biz nə təklif edirik? Əmək müqaviləsinin rəsmiləşdirilməsi; Minimum əməkhaqqı təminatı və nəticəyə əsaslanan əlavə mükafatlandırma; Peşəkar inkişaf və iş təcrübəsinin artırılması imkanı; Korporativ və peşəkar mühitdə çalışma; Şirkətin daxili nəzarət və monitorinq sisteminin inkişafında iştirak imkanı Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində bölgəyə uyğun olaraq “Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi” qeyd etməklə göndərə bilər.