Karyera İnkişafı və Məzunlarla İş Mərkəzinin direktoru - Azərbaycan Universiteti

Местоположение: Bakı

Əmək funksiyası Universitetin Strateji İnkişaf Planına uyğun olaraq müvafiq hədəflərin icrasını təmin etmək; Universitetin ümumi Fəaliyyət Planına əsasən Mərkəzin illik Fəaliyyət Planını hazırlamaq və rektorluğa təqdim etmək; İllik Fəaliyyət Planının icrasına dair illik Hesabatı Universitetin Elmi Şurasına təqdim etmək; Mərkəzin fəaliyyətini Universitetin digər struktur bölmələri və qeyri-formal təşkilatlaraa koordinasiyalı şəkildə icra etmək. Məzunlarla İş Universitetdə Məzun Platformasının yaradılmasını və idarə olunmasını təmin etmək; Məzun şəbəkəsinin inkişafını, davamlı əlaqə sisteminin formalaşdırılmasını və əmək bazarı ilə institusional inteqrasiyanın gücləndirilməsini təmin etmək; Məzunların əmək bazarında iştirakının izlənilməsi mexanizmlərinin yaradılmasını və tətbiqi təmin etmək; Məzunların təhsil proqramı çərçivəsində əldə etdiyi səriştələr və təhsil proqramının keyfiyyət səviyyəsi üzrə məmnunluğun ölçülməsini və təhlilini təmin etmək; Tələbə və məzunlar arasında keçirilən rəy sorğularının istiqamətlərinin müəyyən edilməsi, nəticələrinin təhlili və sorğu prosesinin effektivliyinin artırılması üzrə fəaliyyətləri təşkil etmək; Tələbə və məzunların təklifləri əsasında tətbiq olunan yeniliklərin hazırlanması və həyata keçirilməsini təmin etmək; Universitetin tələbələrinin işlə bağlı maraq dairəsini öyrənmək üçün sorğular keçirilməsinə nəzarət etmək; Məzunların işlə təmin edilməsinə köməklik göstərmək;  Məzun günlərinin təşkili və keçirilməsini təşkil etmək; Karyera İnkşafına dəstək Təlim və seminar fəaliyyətlərinin planlaşdırılmasını və keçirilməsinə ümumi nəzarəti həyata keçirmək;  Müxtəlif təşkilatların nümayəndələrini dəvət etmək, onların tələbələrlə görüşlərini təşkil etmək; Karyera inkişafına dəstək xidmətlərinin (CV hazırlanması, iş axtarışı üzrə məsləhət və s.) sistemli təşkili və keyfiyyətinə nəzarəti təmin etmək;  Vakansiyaların monitorinqi və işəgötürənlərlə əməkdaşlıq sisteminin qurulmasını və davamlılığını təmin etmək; Universitetdə karyera günlərini təşkil etmək; Tələbələrin ixtisas üzrə təcrübə hazırlığına dəstək Təcrübə imkanlarının tələbələrə açıq və şəffaf şəkildə elan edilməsini təmin etmək (portal, e-mail, info sessiyalar vasitəsilə) və icrasına nəzarət etmək; Təcrübə imkanları üzrə işəgötürənlərlə əməkdaşlıq mexanizminin qurulmasını təmin etmək;  Təcrübə proqramlarının təşkilində aidiyyəti struktur bölmələrlə (kafedra, Tədris Şöbəsi) koordinasiyanı təmin etmək; Müəssisələrlə rəsmi əməkdaşlıq müqavilələrinin və protokolların hazırlanması və razılaşdırılmasını (Hüquq şöbəsi ilə) təmin etmək; Hər müəssisə üzrə tələbə qəbulu kvotası, təcrübə müddəti, tələb olunan bacarıqlar və mentor/kurator təyinatının razılaşdırılmasını təmin etmək; Təcrübə bazalarının elektron reyestrinin (database) yaradılmasını və mütəmadi yenilənməsinə nəzarət etmək; Müəssisələr və təcrübədə iştirak edən tələbələr arasında məmnunluq sorğularının keçirilməsi və nəticələrinin təhlilinə nəzarət etmək; Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın  qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək; Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Bilməlidir Azərbaycan Respublikasının təhsil qanunvericiliyini;  CV formalarının müasir tələblərə uyğun hazırlanmasını, tədbirlərin təşkilini, müəssisələrlə əlaqələrin qurulmasını;  Tələblər Təhsil pilləsi (minimum): Bakalavr İxtisası: Fərq qoyulmur İş təcrübəsi (minimum): 5 (beş) ildən az olmayaraq əmək stajı Dil bilikləri: İngilis dili səviyyəsini müəyyən edən beynəlxalq keyfiyyət sertifikatı (arzuolunandır) Kompüter bilikləri: MS ofis proqramları Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .