Alış meneceri - AzəriMed MMC

Местоположение: Bakı

Tələblər: Ali təhsil; Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; Azərbaycan, rus və ingilis dillərində ünsiyyət bacarığı;(B2 səviyyə) MS Office, xüsusilə Excel biliyi; İdxal-ixrac və satınalma prosesləri üzrə anlayış; Analitik düşüncə, danışıqlar aparmaq və kommunikasiya bacarığı; Məsuliyyətli, operativ və komandada işləmə bacarığı. Vəzifə öhdəlikləri: Yerli və xarici bazarlardan tibbi avadanlıq, dərman preparatları, qida əlavələri, kosmetik vasitələr və digər məhsulların satınalınmasının təşkili; Təchizatçıların araşdırılması, kommersiya təkliflərinin alınması və qiymətlərin analiz edilməsi; Yerli və xarici təchizatçılarla danışıqların aparılması və sifarişlərin yerləşdirilməsi; Müqavilə, hesab-faktura, qaimə, CMR və digər satınalma sənədlərinin hazırlanması və koordinasiyası; Sifarişlərin istehsal, logistika və çatdırılma proseslərinin izlənilməsi; Məhsulların vaxtında və tələb olunan miqdarda təmin olunmasına nəzarət; Satınalma hesabatlarının hazırlanması və aidiyyəti şöbələrlə koordinasiya.Yeni təchizatçıların və alternativ məhsul/mənbələrin araşdırılması; Satınalma prosesində yaranan problemlərin operativ həlli və təchizat risklərinin minimuma endirilməsi. İş şəraiti: İş qrafiki: 5/2, 09:00–18:00 Əmək müqaviləsi rəsmiləşdirilir İş yeri: Bakı şəhəri Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “ Alış meneceri ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.