Yüklənir...
Местоположение: Bakı
İş yeri: Xaçmaz Konserv Fabriki Sahə: Su və qazlı içkilər Əsas vəzifə öhdəlikləri: Sahənin və növbənin istehsalat tapşırıqlarının yerinə yetirilməsinə nəzarət etmək Məhsulların müəyyən edilmiş texnologiyaya uyğun və yüksək keyfiyyətdə istehsalını təmin etmək Avadanlıqların fasiləsiz və səmərəli işləməsinə nəzarət etmək İstehsalat prosesində yaranan nasazlıq və xətaların vaxtında müəyyən edilərək aradan qaldırılmasını təmin etmək Xammaldan səmərəli istifadəyə və istehsalat ehtiyatlarının düzgün qiymətləndirilməsinə nəzarət etmək İstehsalat fəaliyyətinin nəticələrini və avadanlıqların boşdayanma səbəblərini təhlil etmək Məhsulun keyfiyyət və qida təhlükəsizliyi tələblərinə uyğun istehsalını təmin etmək İstehsalat tapşırıqlarının operativ uçotunu aparmaq Növbə nəzarətçisi, operator, briqadir və digər əməkdaşların texnoloji və əmək intizamına riayət etməsinə nəzarət etmək Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etmək Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək və rəhbərliyə məlumat vermək Namizədə tələblər: Ali təhsil – müvafiq texniki, mühəndislik və ya istehsalat yönümlü ixtisaslar üzrə İstehsalat sahəsinin idarə olunması üzrə müvafiq iş təcrübəsi İstehsal və texnoloji proseslər haqqında biliklər Avadanlıqların iş prinsipləri və istehsalat proseslərinə dair anlayış Qida təhlükəsizliyi və keyfiyyət tələbləri üzrə biliklər Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilmək Analitik düşüncə və operativ qərarvermə bacarığı Komanda idarəetməsi və güclü təşkilatçılıq bacarığı Məsuliyyətlilik və iş prosesinə nəzarət etmək bacarığı CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Sahə rəisi – Xaçmaz Konserv Fabriki” qeyd etməyiniz xahiş olunur.