Satış Məsləhətçisi - Baku Service Company

Местоположение: Bakı

Namizədə tələblər Minimum orta təhsil; Satış sahəsində iş təcrübəsi arzuolunandır; Yüksək ünsiyyət və inandırma bacarığı; Dinamik iş mühitində işləmək və eyni anda bir neçə tapşırığı idarə etmək bacarığı; İlkin riyazi hesablama bacarıqları; Müxtəlif iş növbələrində işləmək imkanı; Rus dili biliyi arzuolunandır. Dil bilikləri  -  Xüsusi tələb yoxdur. Rus dili biliyi üstünlükdür. Kompüter bilikləri tələb olunmur.   ​​​​​ Vəzifə funksiyaları Müştərilərin ehtiyac və tələblərini müəyyənləşdirərək uyğun məhsul və xidmətlərin təqdim edilməsi; Cavabdeh olduğu sahə üzrə mağaza vitrinlərinin merçendayzinq standartlarına uyğun tərtib edilməsinin təmin olunması; Müəyyən edilmiş satış hədəflərinə nail olmaq üçün müvafiq fəaliyyətlərin həyata keçirilməsi; Məhsul satışından sonra göstərilən xidmətlərin təqib edilməsi; Satış performansının artırılması istiqamətində mağaza rəhbərinin tapşırıqlarının icra edilməsi; Müştəri sorğularının cavablandırılması və yaranan problemlərin peşəkar şəkildə həll edilməsi; Qüvvədə olan kampaniya şərtlərinin düzgün icrasının təmin edilməsi. İş şəraiti: Həftə içi 6 iş günü, saat 09:00-dan 17:00-dək İstirahət: bazar Əmək haqqı: razılaşma əsasında Ünvan: Bakı, Nərimanov., Əhməd Rəcəbli., Baku Servis Kompani (SAMSUNG) Omidlə üz-üzə    Qeyd olunan tələblərə cavab verən şəxslər mövzu hissəsində “Satış məsləhətçisi” qeyd edərək Cv – lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.