Yüklənir...
Местоположение: Bakı
Booo komandamıza qoşulacaq məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan anbardar axtarırıq! Vəzifə öhdəlikləri Anbarda olan avadanlıq, oyun materialları, dekor və digər inventarların qəbulunu və təhvilini həyata keçirmək; Anbarın səliqəli və sistemli saxlanılmasını təmin etmək; Tədbir və teambuilding layihələri üçün tələb olunan avadanlıqları siyahı əsasında hazırlamaq; Tədbirlərdən sonra geri qaytarılan inventarları yoxlamaq, saymaq və yerbəyer etmək; İnventarların mütəmadi sayımını aparmaq və uçotunu saxlamaq; İtki, zədə və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək; Zərurət yarandıqda tədbirlərin quraşdırılması və sökülməsi prosesində iştirak etmək. Namizədə tələblər Məsuliyyətli, diqqətli və intizamlı olmaq; Fiziki iş üçün uyğun olmaq; Komanda ilə işləmək bacarığına sahib olmaq; Səliqəli və sistemli işləmək bacarığı; Öyrənməyə və dinamik iş mühitində çalışmağa həvəsli olmaq; Anbar və inventar uçotu üzrə təcrübənin olması üstünlükdür; Çevik iş qrafikinə uyğunlaşmaq: tədbirlərin qrafikindən və avadanlıqların qəbulundan asılı olaraq bəzi günlər işə daha erkən başlamaq və ya gec saatlarda işləmək tələb oluna bilər. İş şəraiti İş günləri: Bazar ertəsi – Şənbə; İş saatları: 10:00–18:00; Tədbirlərin qrafikindən asılı olaraq işə daha erkən başlamaq və ya gec saatlarda işləmək tələb oluna bilər; Həftəsonları tədbir olduğu təqdirdə işə cəlb olunmaq tələb oluna bilər. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Komandamıza qoşulmaq və bizimlə birlikdə maraqlı layihələrin bir hissəsi olmaq istəyirsinizsə, müraciətinizi gözləyirik!