Yüklənir...
Местоположение: Bakı
Təcili olaraq aşağıdakı şərtlər üzrə “Texniki mühəndis” (Zirə) tələb olunur. İş şəraiti İş yeri: Bakı şəhəri,Xəzər yayonu, Zirə qəsəbəsi İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla Əmək haqqı: Müsahibə əsasında təyin olunur Vəzifə öhdəlikləri İstixanada olan qurğuların, avadanlıqların, mexanizmlərin texniki vəziyyətinin daim yoxlanmasında və aşkar olunan nasazlıqların operativ surətdə aradan qaldırılmasını təmin edir; İstixana ərazisində, nasosxanada, çən parklarında, qazanxanada, kompressor otağı və digər mexaniki qurğu və avadanlıqların normal və təhlükəsiz işləməsini təmin edir; Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir; Təmirin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə, qurğuların texniki vəziyyətinə nəzarət edir; Qaz təhlükəli yerlərdə: nasosxanalarda, qazanxanda və hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsinə bilavasitə nəzarət edir; Avadanlıqların və qurğuların təmirində, qulluq edilməsində istifadə olunan ehtiyat hissələrinin və mal-materialın təyinatı üzrə sərf olunmasına, onların saxlanılmasına nəzarət edir; Təmir və montaj işlərinin görülməsi üçün istifadə edilən alət və vasitələrin saz vəziyyətdə saxlanılmasını təmin edir; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edir; Xidmət edilən qurğunun prinsipial texnoloji sistemini və kommunikasiyaların sxeminin qorunub saxlanmasını təmin edir; Avadanlıqların texniki xarakteristikasına, konstruktiv xüsusiyyətlərinə, iş rejiminə, onların istismar qaydalarına uyğun istifadəsini təşkil və təmin edir; Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirir. Təhsil və iş təcrübəsi Ali təhsil Minimum 2 il Texniki mühəndis vəzifəsi üzrə təcrübə (İstixana üzrə iş təcrübəsi olmağı üstünlükdür) Bacarıq və səriştələr İstixana avadanlıqları ilə işləmə bacarığı; Komandada işləmək bacarığı; Məsuliyyətlilik. Təminatlar: Nəqliyyat və naharla təmin edilir. Bilməlidir İstixana avadanlıqları ilə işləməyi; Texniki xidmət ilə bağlı daxili nizam-intizam qaydalarını; Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat sanitariyasının, mülki müdafiənin norma və qaydalarını, qəza halları zamanı fəaliyyətlərini. Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Texniki mühəndis (Zirə)” qeyd etməyi unutmayın.