Yüklənir...
Местоположение: Bakı
İş yeri: Bakı şəhəri Əmək haqqı: 2500–3000 AZN Vəzifə öhdəlikləri Tikinti-quraşdırma və təmir-bərpa layihələrində elektrik və zəif axın işlərinin layihə, AzDTN, qanunvericilik, standartlar və müqavilə tələblərinə uyğunluğuna nəzarət etmək; Sahə yoxlamalarını planlaşdırmaq, təşkil etmək və nəticələr üzrə monitorinq hesabatları hazırlamaq; Elektrik işlərinin ITP (Inspection and Test Plan) əsasında yoxlanılmasını və qəbul proseslərində texniki nəzarəti həyata keçirmək; Layihə, texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və rəhbərliyə təqdim etmək; Material və avadanlıqların layihə və spesifikasiyalara, həmçinin təsdiq edilmiş sənədlərə uyğunluğunu yoxlamaq; Uyğunsuzluqları (NCR) müəyyənləşdirmək, qeydiyyata almaq və aradan qaldırılmasını izləmək; Layihədən kənar və keyfiyyətsiz işlərin düzəldilməsi ilə bağlı tövsiyələr vermək; Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət və texniki sənədlərin tamlığına nəzarət etmək; Həftəlik, aylıq və rəhbərlik üçün zəruri hesabatlar hazırlamaq. Tələblər Elektrik mühəndisliyi üzrə ali təhsil; Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il elektrik mühəndisi kimi iş təcrübəsi; Sifarişçi və ya nəzarətçi təşkilatda keyfiyyət idarəetməsi üzrə təcrübəyə üstünlük verilir; AzDTN, Şəhərsalma və Tikinti Məcəlləsi və beynəlxalq tikinti standartları üzrə bilik; Layihə və IFC çertyojlarını oxuma və sahədə tətbiqinə nəzarət bacarığı; AutoCAD və MS Office, xüsusilə qabaqcıl Excel bilikləri; Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı; İngilis dili biliyi. Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Elektrik işləri üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.