Şəxsi (Ailə) Sürücüsü - Company

Местоположение: Bakı

İş yeri: Bakı İş qrafiki: Dəyişkən və çevik iş qrafiki Vəzifə haqqında Şirkət rəhbərinin və ailə üzvlərinin təhlükəsiz, rahat və vaxtında daşınmasını təmin etmək üçün təcrübəli, məsuliyyətli, diqqətli və etibarlı Şəxsi (Ailə) Sürücüsü axtarılır. Namizəd yüksək səviyyədə sürücülük bacarığına malik olmalı, yol hərəkəti qaydalarını mükəmməl bilməli, avtomobilə və sərnişinlərin təhlükəsizliyinə xüsusi diqqət yetirməlidir. Əsas tələblər Minimum 5 il aktiv sürücülük təcrübəsi; Minimum 3–5 il rəhbər və/və ya ailə sürücüsü kimi iş təcrübəsi; Rəhbər şəxslərlə və ailə üzvləri ilə sürücü kimi işləmiş olmaq; Yol hərəkəti qaydalarını mükəmməl bilmək və qaydalara ciddi riayət etmək; Son model və premium avtomobilləri idarə etmək üzrə təcrübə; Müxtəlif marka və modellərdə avtomobil idarə etmək bacarığı; Şəhər daxilində və uzun məsafələrdə təhlükəsiz və komfortlu sürüş bacarığı; Avtomobilin texniki vəziyyətinə nəzarət etmək və vaxtında texniki xidmətə yönləndirmək bacarığı; Təmizkar, səliqəli və baxımlı olmaq; Məsuliyyətli, diqqətli və intizamlı olmaq; Stressli və gözlənilməz situasiyalarda düzgün qərar vermək bacarığı; Məxfilik prinsipinə ciddi riayət etmək; Rəhbərin və ailə üzvlərinin şəxsi məlumatlarını və gündəlik fəaliyyətlərini məxfi saxlamaq; Dəyişən və çevik iş qrafiki ilə işləyə bilmək; İşə vaxtında gəlmək və verilən tapşırıqları dəqiq yerinə yetirmək; Sakit, nəzakətli və yüksək davranış mədəniyyətinə malik olmaq; Sürücülük vəsiqəsinin etibarlı olması və sürücülük tarixçəsinin qənaətbəxş olması. Əsas vəzifələr Şirkət rəhbərinin və ailə üzvlərinin təhlükəsiz və komfortlu şəkildə daşınmasını təmin etmək; Təyin olunmuş marşrut üzrə vaxtında hərəkət etmək; Rəhbərin görüşləri, işgüzar səfərləri və şəxsi səfərləri zamanı nəqliyyat təminatını həyata keçirmək; Ailə üzvlərinin gündəlik nəqliyyat ehtiyaclarını təmin etmək; Avtomobili hər zaman təmiz, səliqəli və istifadəyə hazır vəziyyətdə saxlamaq; Avtomobilin texniki vəziyyətini mütəmadi olaraq yoxlamaq; Servis, texniki baxış, yuma və digər avtomobil xidmətlərinin vaxtında təşkilini təmin etmək; Yol şəraitini və alternativ marşrutları əvvəlcədən nəzərə almaq; Rəhbərin və ailə üzvlərinin təhlükəsizliyinə maksimum diqqət yetirmək; İş zamanı nəzakətli, sakit və peşəkar davranış nümayiş etdirmək; Verilən əlavə sürücü tapşırıqlarını vaxtında və məsuliyyətlə yerinə yetirmək. Namizədə üstünlük veriləcək Rəhbər, sahibkar, yüksək vəzifəli şəxs və ya ailə üçün şəxsi sürücü kimi əvvəlki iş təcrübəsi; Premium və son model avtomobillərlə iş təcrübəsi; Uzunmüddətli və etibarlı iş tarixçəsi; Bakı şəhərinin küçə və yollarını yaxşı tanımaq; Avtomobilin texniki xüsusiyyətləri barədə yaxşı məlumatlı olmaq; Tövsiyə məktubu və ya əvvəlki işəgötürənlərdən müsbət rəy təqdim edə bilmək. Şəxsi keyfiyyətlər Axtardığımız namizəd: Etibarlı; Təmizkar; Məsuliyyətli; Diqqətli; Səbirli; İntizamlı; Nəzakətli; Məxfi məlumatları qorumağı bacaran; Stressə davamlı; Punktual olmalıdır. Qeyd  - İşin xüsusiyyətinə görə iş qrafiki əvvəlcədən müəyyən edilmiş standart saatlarla məhdudlaşmır və dəyişkən ola bilər. Namizəd bu iş rejiminə uyğunlaşmağa hazır olmalıdır. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Şəxsi Sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV-də əvvəlki iş yerləri, xüsusilə rəhbər və ya ailə sürücüsü kimi iş təcrübəsi, idarə etdiyi avtomobil markaları və modelləri, eləcə də ümumi sürücülük təcrübəsi haqqında məlumatların qeyd olunması xahiş olunur.