İş İcraçısı (Zəngilan rayonu) - Crystal Group of Companies

Местоположение: Bakı

Əsas vəzifə və öhdəliklər: Tikinti-quraşdırma işlərinin layihə və texniki tələblərə uyğun icrasına nəzarət etmək; Tikinti sahəsində gündəlik işlərin təşkili və koordinasiyasını həyata keçirmək; İşlərin təsdiq edilmiş qrafikə uyğun və vaxtında yerinə yetirilməsinə nəzarət etmək; İşçi heyətinin və sahədə fəaliyyət göstərən digər tərəflərin işini koordinasiya etmək; Materialların, texniki vasitələrin və işlərin düzgün və səmərəli istifadəsinə nəzarət etmək; Aşkar edilmiş texniki və təşkilati problemlərin operativ şəkildə aradan qaldırılmasını təmin etmək; Görülmüş işlər və sahədəki cari vəziyyət barədə müvafiq hesabatların hazırlanmasında iştirak etmək; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək; Layihə rəhbərliyinin verdiyi tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək. Namizədə tələblər: İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil ; Tikinti sahəsində minimum 3 il iş təcrübəsi ; Tikinti-quraşdırma işlərinin təşkili və icrasına nəzarət sahəsində təcrübə; Tikinti layihələrinin texniki sənədləri və işlərin icra ardıcıllığı barədə anlayış; Tikinti sahəsində işlərin koordinasiyası və operativ idarə olunması bacarığı; Məsuliyyətli, intizamlı və operativ olmaq; Komandada işləmək və sahədə işçi heyəti ilə effektiv ünsiyyət qurmaq bacarığı; Zəngilan şəhərində layihə ərazisində işləməyə hazır olmaq. Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Mövzu hissəsində: “İş İcraçısı – Zəngilan” qeyd etməyiniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlərin CV-lərinə baxılacaq.