Yüklənir...
Местоположение: Bakı
Grand Catering QSC vakansiya elan edir | KSƏTƏMM Şöbəsinin Rəhbəri axtarışındayıq. SƏTƏM, keyfiyyət və ətraf mühitin mühafizəsi sahələrində şöbənin fəaliyyətini təşkil etmək, təhlükəsizlik standartlarına və normativ tələblərə riayət olunmasını təmin etmək, eləcə də davamlı təkmilləşdirmə proseslərinə rəhbərlik etmək istəyən peşəkarları komandamıza qoşulmağa dəvət edirik. Vəzifə öhdəlikləri: Şöbənin fəaliyyətini təşkil etmək və əməkdaşların işinə nəzarət etmək. Keyfiyyət, əməyin mühafizəsi, qida və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi üzrə tələblərə riayət olunmasını təmin etmək. Müəssisədə mövcud riskləri müəyyən etmək, qiymətləndirmək və qabaqlayıcı tədbirlər hazırlamaq. Əməkdaşların əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmasına nəzarət etmək. Qəza, bədbəxt hadisə və təhlükəli halların araşdırılmasını təşkil etmək, təkrarlanmasının qarşısını alan tədbirlər hazırlamaq. Keyfiyyətə nəzarət sisteminin tətbiqini və təkmilləşdirilməsini təmin etmək. Daxili auditlərin və uyğunluq yoxlamalarının keçirilməsini təşkil etmək. Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək. Müvafiq dövlət qurumları, sifarişçilər və digər aidiyyəti tərəflərlə şöbənin fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq etmək. Ətraf mühitin qorunması, tullantıların idarə edilməsi və ekoloji tələblərə riayət olunmasına nəzarət etmək. Müvafiq prosedur, təlimat, hesabat və digər sənədlərin hazırlanmasını və yenilənməsini təmin etmək. Şöbənin fəaliyyətinə dair hesabatları rəhbərliyə təqdim etmək. Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi və risklərin azaldılması üzrə təkliflər vermək. Rəhbərlik tərəfindən verilən, vəzifə səlahiyyətlərinə aid digər tapşırıqları yerinə yetirmək Tələblər: Ali təhsil - Əməyin mühafizəsi və təhlükəsizlik, SƏTƏM, Mühəndislik, Texniki və ya əlaqəli sahə üzrə Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi Azərbaycan dili – əla, İngilis dili və Rus dili biliyi üstünlükdür MS Office proqramlarında işləmək bacarığı, 1C 8.3 bilikləri üstünlükdür Problem həll etmə və qərarvermə Diqqətlilik və detallara yönümlülük Məsuliyyətli və operativ yanaşma Sizə nə təklif edirik? Şirkət tərəfindən təmin olunan nahar Korporativ mobil nömrə və danışıq paketi Peşəkar inkişaf və karyera imkanları Dinamik və inkişafyönümlü iş mühiti Ünvan: Bakı şəhəri, Sarabski Plaza Əmək haqqı: 1500-2000 AZN - NET Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.