Yüklənir...
Местоположение: Bakı
Vəzifə haqqında: “Honours Academy” komandası təhsil və xidmət sahəsində rəqəmsal mövqeyimizi gücləndirəcək, yaradıcı və nəticəyönümlü “Sosial Media və Marketinq Əməliyyatları üzrə Mütəxəssis” axtarır. Bu vəzifə sosial media platformalarının strateji idarə edilməsi, kreativ kontent istehsalı və brend kommunikasiyasının qurulmasında mühüm rol oynayır. Namizəddən yalnız mövcud tapşırıqları icra etməsi deyil, problemi düzgün analiz etməsi, effektiv həll yolu təklif etməsi, AI texnologiyalarından istifadə etməklə iş proseslərini sürətləndirməsi və nəticələrin keyfiyyətini artırması gözlənilir. Əsas öhdəliklər: Strategiya və İdarəetmə: Brendin və ona aid layihələrin sosial media strategiyasını icra etmək və gündəlik aktivliyi təmin etmək; Kontent İstehsalı: Təlimlər, tədbirlər və məkan fəaliyyətləri zamanı foto/video çəkilişlər aparmaq, dinamik "reels", "story" və post formatlarında materiallar hazırlamaq; Planlama: Aylıq və həftəlik kontent planlarını hazırlamaq, brendin tonuna uyğun cəlbedici mətnlər (caption) yazmaq; Koordinasiya: Vizual materialların hazırlanması üçün dizayner və montaj komandası ilə sıx əməkdaşlıq etmək; Analitika: Sosial media göstəricilərini mütəmadi izləmək, aylıq effektivlik hesabatları hazırlamaq və inkişaf üçün təkliflər vermək; Arxivləşdirmə: Çəkiliş materiallarını sistemli şəkildə arxivləşdirmək və məhsul/məkan çəkilişlərini təşkil etmək. Tələblər: Sosial media menecmenti sahəsində minimum 1–2 il təcrübə; Kreativ düşüncə tərzi və yüksək vizual estetik anlayış; Şəkil və video çəkiliş, eləcə də montaj bacarıqları üzrə ilkin bilik; Kontent planlaşdırması və vaxtın səmərəli idarə olunması qabiliyyəti; Komanda ilə işləməyə meyillilik və yüksək məsuliyyət hissi. Azərbaycan dilində güclü yazılı və şifahi ünsiyyət bacarığı; İngilis dili üzrə orta səviyyədə bilik üstünlükdür; Süni intellekt alətlərindən istifadə üzrə praktiki bacarıq; AI-dan sadəcə mətn generasiyası üçün deyil, research, analysis, ideation, planning, və problem-solving məqsədləri ilə istifadə edə bilmək; Tapşırığı yalnız icra etmək deyil, daha yaxşı və effektiv icra üsulu təklif etmək bacarığı; Məlumatı araşdırmaq, müqayisə etmək və düzgün nəticə çıxarmaq bacarığı; AI üzrə gözləntimiz Namizədin “ChatGPT istifadə edirəm” deməsi kifayət deyil. Bizim üçün vacib olan namizədin: Problemi → AI ilə düzgün analiz etməsi → düzgün prompt və yanaşma qurması → nəticəni yoxlaması → təkmilləşdirməsi → yekun nəticəni real işə tətbiq etməsi prosesini bacarmasıdır. Namizəd müxtəlif AI alətlərindən istifadə etməklə öz işinin daha sürətli, daha keyfiyyətli və daha effektiv görülməsini təmin etməyi bacarmalıdır. Biz kim axtarırıq? Biz hazır biliklərlə kifayətlənən deyil, öyrənməyi bacaran və özünü daim inkişaf etdirən mütəxəssis axtarırıq. Əgər siz: yeni texnologiyaları sınamağı sevirsinizsə; AI alətlərindən aktiv istifadə edirsinizsə; problemi görəndə həll yolu düşünürsünüzsə; “bunu necə daha yaxşı etmək olar?” sualını verirsinizsə; analitik və kreativ düşünürsünüzsə; yeni alətləri müstəqil şəkildə öyrənə bilirsinizsə; nəticəyə fokuslanırsınızsa, sizi komandamızda görmək istəyirik. Təklifimiz: Peşəkar və dəstəkləyici komanda mühiti; Yaradıcılıq potensialını reallaşdırmaq üçün geniş imkanlar; Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi; Peşəkar inkişaf və təlim imkanları. İş qrafiki: Həftədə 5 gün: bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar; İstirahət günləri: çərşənbə axşamı və cümə axşamı; Kampaniya, tədbir və xüsusi layihə dövrlərində iş qrafikində ehtiyaca uyğun dəyişiklik edilə bilər. Əməkhaqqı: Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir. CV və qısa motivasiya məktubunuzu mövzu hissəsində “Sosial Media və Marketinq Əməliyyatları üzrə Mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.