Süni İntellekt (AI) mütəxəssisi/ aparıcı mütəxəssis/ baş mütəxəssis - İdeal Kredit BOKT

Местоположение: Bakı

Təsvir Təşkilat daxili biznes proseslərini, mövcud rəqəmsal məhsulları və sənədləşmə/analitika/kommunikasiya axınlarını təhlil edərək avtomatlaşdırma imkanlarını müəyyənləşdirmək və optimallaşdırma həlləri təklif etmək; Süni intellekt əsaslı chatbotlar, avtomatlaşdırılmış hesabatlar və daxili iş axınları (workflows) hazırlamaq; Yeni AI texnologiyaları, alətləri və platformalarını araşdırmaq, test etmək və təşkilat daxilində tətbiq imkanlarını qiymətləndirmək; Effektiv AI sorğuları (promptlar) və şablonlar tərtib etmək; Tətbiq olunan AI modellərinin nəticələrini monitorinq etmək, dəqiqliyini və effektivliyini təhlil etmək; Təşkilatın İT sistemlərinin, proqram təminatının dayanıqlı çalışmasını təmin etmək; Hazırlanmış həllər üzrə daxili texniki sənədləşdirməni və hesabatlığı aparmaq; Əməkdaşlara AI alətlərindən doğru və təhlükəsiz istifadə qaydalarını öyrətmək, texniki dəstək göstərmək. Tələblər İT, komputer elmləri, süni intellekt və ya əlaqəli sahədə ali təhsil; İT sistem inzibatçılığı və ya texniki dəstək sahəsində minimum 1–2 il təcrübə; Generative AI modelləri (ChatGPT, Claude, Gemini və s.) və avtomatlaşdırma alətləri ilə işləmək bacarığı; OS (Windows/Linux), MS 365 / Google Workspace administrasiyası, baza skript/proqramlaşdırma (Python və s. üstünlükdür); Məlumatların təhlili və emalı üzrə bacarıqlar; Proqramlaşdırma, məlumat bazaları, süni intellekt texnologiyaları və sistemlərarası inteqrasiya üzrə biliklər; Analitik təfəkkür, yeniliklərə sürətli uyğunlaşma və problemləri operativ həlletmə qabiliyyəti. Vakansiya növü - Tam ştat İmtiyazlar Korporativ Mühit Yığım sığortasına qoşulma imkanı Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.