Yüklənir...
Местоположение: Bakı
Kaspi International School komandamıza qoşulacaq, məsuliyyətli, bacarıqlı və işinə ciddi yanaşan Usta axtarır. Usta məktəbin ərazisində və binalarında gündəlik texniki və təsərrüfat işlərinin yerinə yetirilməsinə, xırda təmir və nasazlıqların aradan qaldırılmasına, avadanlıqların və məktəb infrastrukturunun düzgün vəziyyətdə saxlanılmasına cavabdeh olacaq. Tələblər Təmir-tikinti və texniki işlər üzrə praktiki bacarıqlar; Elektrik, santexnika, mebel və digər xırda təmir işlərini yerinə yetirmək bacarığı; Texniki avadanlıqlardan və əl alətlərindən düzgün və təhlükəsiz istifadə bacarığı; Nasazlıqları vaxtında müəyyən etmək və operativ şəkildə aradan qaldırmaq bacarığı; İş zamanı təhlükəsizlik qaydalarına riayət etmək; Məsuliyyətli, intizamlı və diqqətli olmaq; Fiziki işə uyğunluq; Komandada işləmək bacarığı; Tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mailin mövzu hissəsində “Usta” qeyd etməyiniz xahiş olunur.