Maliyyə məsələləri üzrə Müşahidə Şurası sədrinin müşaviri - Kredit Evi ASC

Местоположение: Bakı

Əsas məqsəd: Müşahidə Şurası sədrini maliyyə strategiyası, hesabatlılıq və risklərin idarə olunması üzrə analitik və operativ məlumatlarla təmin etmək. Vəzifə öhdəlikləri: Maliyyə hesabatlarının IFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları)-ə uyğun hazırlanmasına və təhlilinə nəzarət Büdcələşdirmə, proqnozlaşdırma və maliyyə planlama proseslərinin koordinasiyası Müşahidə Şurası üçün təqdim edilmiş hesabatların yoxlanılması və rəy verilməsi Maliyyə göstəricilərinin (KPI) müntəzəm monitorinqi və Müşahidə Şurasına hesabatların təqdim edilməsi Data analitika əsasında qərarvermə üçün analitik arayış və təqdimatların hazırlanması Maliyyə risklərinin qiymətləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi  Müşahidə Şurasına təqdim edilmiş layihələrlə bağlı rəyin verilməsi Vergi uçotunun təşkili ilə bağlı təkliflərin verilməsi Tələblər: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil Müvafiq sahədə minimum 3 il iş təcrübəsi IFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) üzrə bilik və praktiki tətbiq təcrübəsi Vergi qanunvericiliyi və maliyyə hesabatlılığı üzrə güclü biliklər Data analitika və maliyyə modelləşdirmə bacarıqları Excel, Power BI və oxşar alətlərdə yüksək səviyyədə işləmə bacarığı Beynəlxalq sertifikatlar (ACCA, CFA və s.) üstünlükdür Uyğun namizədlər CV-lərini mövzu hissəsində Jooble.az - Maliyyə məsələləri üzrə Müşahidə Şurası sədrinin müşaviri qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər. e-mail: sebine.qenberli@kreditevi.az