Yüklənir...
Местоположение: Bakı
Madina Group MM MMC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. İş şəraiti İş yeri: Bakı şəhəri İş rejimi: Tam iş günü (5 gün) İş saatları: 09:00 – 18:00 Nahar fasiləsi: 13:00 – 14:00 Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək Vəzifə öhdəlikləri Maliyyə, mühasibat və vergi uçotunun Azərbaycan Respublikası qanunvericiliyinə və beynəlxalq standartlarına uyğun təşkil edilməsi və idarə olunması; Balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti hesabatları, eləcə də vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və vaxtında təqdim olunması; Aylıq, rüblük və illik maliyyə hesabatlarının, idarəetmə hesabatlarının və dövr bağlanışı əməliyyatlarının vaxtında həyata keçirilməsi; Təsərrüfat əməliyyatlarının, ödənişlərin, müqavilələrin və sənəd dövriyyəsinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət edilməsi; Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsinin təmin edilməsi; Debitor və kreditor borclarına, pul vəsaitlərinin hərəkətinə və kredit əməliyyatlarına nəzarət edilməsi; Əmək haqqı, məzuniyyət, ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması və işçilərlə hesablaşmalara nəzarət edilməsi; Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və pul vəsaitlərinin inventarlaşdırılmasının təşkili; Audit proseslərinin koordinasiyası, dövlət qurumları ilə yazışmaların aparılması və yoxlamalar zamanı şirkətin maraqlarının təmsil olunması; Maliyyə nəticələrinin təhlili, daxili nəzarət prosedurlarının təkmilləşdirilməsi və rəhbərliyə təkliflərin təqdim edilməsi; Mühasibatlıq komandasının fəaliyyətinin koordinasiya edilməsi və tabeçilikdə olan əməkdaşlara metodiki dəstəyin göstərilməsi. Namizədə tələblər Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Baş mühasib və ya maliyyə sahəsində rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi; Peşəkar mühasib sertifikatının olması mütləqdir; Vergi qanunvericiliyi, əmək qanunvericiliyi və beynəlxalq standartları üzrə dərin biliklər; MS Office proqramlarında, xüsusilə Excel-də və 1C mühasibat proqramında peşəkar işləmə bacarığı; Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür; Analitik düşünmə, liderlik, komanda idarəetmə və qərarvermə bacarıqları. Göstərilən tələblərə cavab verən, xüsusilə şəxslərin və namizədlərin CV-lərini “Baş mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.