Местоположение: Bakı
Təsvir Uyğunsuzluqlar zamanı analitik məlumatları toplamaq, istehsalat parametrlərini təhlil etmək və kənarlaşmanın kök səbəbini müəyyən etməkdə iştirak etmək Müştəri və daxil olan bazar şikayətləri üzrə şikayət edilən partiyanın istehsal parametrlərini, izlənilirlik qeydlərini və şahid nümunələrini araşdıraraq QA hesabatı hazırlamaq Anbar sahələrinin və anbardakı məhsulların temperatur fərqlərinin müəyyənləşdirilməsi, mütəmadi monitorinqi. Uyğunsuz anbar şəraitinin məhsulun raf ömrünə təsirinin izlənilməsi və qiymətləndirilməsi. Xammal, yarımfabrikat, hazır məhsul və sərf materialı anbarlarında saxlanma rejimini və FIFO prinsiplərini mütəmadi audit etmə Texnoloji rejimlərin standart əməliyyat prosedurlarına uyğunluğunun inspeksiyası Tələblər Bəy namizədlərə üstünlük veriləcəkdir(iş mühiti səbəbi ilə) Qida mühəndisliyi, Kimya mühəndisliyi, Biomühəndislik və ya müvafiq texniki sahələr üzrə ali təhsil. Proses kontrol üzrə istehsal təcrübəsi Süd və ya qida sənayesi sahəsində Keyfiyyətə Nəzarət, Keyfiyyətin Təminatı və ya İstehsalat üzrə minimum 2-3 il iş təcrübəsi. Süd və süd məhsulları istehsalının texnoloji prosesləri, mass-balans hesablama metodologiyası bilikləri. Qida təhlükəsizliyi idarəetmə sistemləri (FSSC 22000, HACCP) və milli qanunvericilik standartları üzrə biliklər. Kök Səbəb Analizi (RCA - 5 Why, Fishbone) və Data Analitikası bacarıqları. Analitik təfəkkür, detallara diqqət, çarpaz şöbələrlə (İstehsalat, Mühəndislik, Anbar, R&D) effektiv kommunikasiya qurma bacarığı. Vakansiya növü - Tam ştat İmtiyazlar qidalanma Servis ximdəti mobil nömrə ilə təminat Dəyərlisən” PASHA loyality proqramına üzvlük Kompyuter ilə təmin edilmə Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.