Yüklənir...
Местоположение: Bakı
"Mint Services” MMC Təhcizat şöbəsinə “Anbardar” vəzifəsinə vakansiya elan edir. Vəzifə təlimatı : Anbara daxil olan və çıxan materialların qəbul və təhvil prosesini həyata keçirmək. Gələn malların sənədlərlə uyğunluğunu yoxlamaq. Materialların düzgün yerləşdirilməsini və saxlanmasını təmin etmək. Anbar uçotunun ERP sistemi üzərindən aparılması. ERP proqramında mədaxil və məxaric əməliyyatlarını vaxtında və düzgün şəkildə qeyd etmək. Gündəlik, həftəlik və aylıq anbar hesabatlarını hazırlamaq. Qalıqlara nəzarət etmək və rəhbərliyə məlumat vermək. İnventarizasiya prosesində iştirak etmək. Maddi-məsul şəxs kimi anbarın təhlükəsizliyini və nizam-intizamını təmin etmək Namizədə dair tələblər: Yaş həddi: 25-40 Bəy namizəd tələb olunur Anbardar vəzifəsində minimum 1-2 il iş təcrübəsi ERP proqramı ilə işləmək bacarığı üstünlükdür MS Office (xüsusilə MS Excel) proqramında işləmək bacarığı Sənədləşmə və uçot qaydalarını bilmək Məsuliyyətli, diqqətli və dəqiq olmaq. Təminatlar: İş qrafiki: 6 günlük İş yeri: Bakı şəhəri, Qara Qarayev m\st yaxınlığı Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə Əmək haqqı: 800 AZN Uyğun namizədlər öz cvlərini “Anbardar” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.