Yüklənir...
Местоположение: Bakı
Hazırda şirkətimizə Beton Pompa Operatoru köməkçisi vakansiyası üzrə namizəd axtarılır. İş yeri: Əsgəranda yerləşən Beton zavodu Tələblər: Orta və ya orta texniki təhsil; Növbəli iş rejimi, əlavə iş saatları; Əlaqəli sahə üzrə ən azı 1 il iş təcrübəsi; Beton nasosunun və əlaqəli avadanlıqlarının əsas iş prinsipləri haqqında əsas biliklər; Müştəriyönümlülük; Davamlı inkişaf; Keyfiyyət yönümlülük, Bütövlük. Əsgəran, Xankəndi, Ağdam və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir. Vəzifə və Öhdəliklər: İş zamanı təhlükəsizlik qaydalarına riayət etmək, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun olaraq fərdi mühafizə vasitələrindən istifadə etmək; Beton nasosunun yanındakı ərazini təmizləmək, hər hansısa maneə olmadığına diqqət etmək və təhlükəsizlik tədbirlərini həyata keçirmək; Beton nasosunun operatoruna kömək edərək nasosun işə başlaması üçün ilkin hazırlıqları yerinə yetirmək; Operatorun göstərişlərinə uyğun olaraq beton borularının quraşdırılmasına və bərkidilməsinə kömək etmək; Betonun düzgün və təhlükəsiz şəkildə ötürülməsinə nəzarət etmək; Betonun axınının davamlı olmasını təmin etmək üçün boruların tıxanmasının qarşısını almaq; Betonun keyfiyyətinə mənfi təsir edəcək (betona su müdaxiləsi etmək və s.) hərəkətlərdən qaçınmaq; Nasosun iş prosesində hər hansısa təxirəsalınmaz hallar (borunun tıxanması, sızma və s.) baş verərsə, operatora dərhal məlumat vermək; İş prosesində ətraf mühitin mühafizəsi üçün tullantıların təmizlənməsini və iş sahəsinin nizamının qorunmasını təmin etmək; Beton ötürücü nasosunun daxili və xarici hissələrinin müntəzəm olaraq təmizlənməsi və texniki vəziyyətinin yoxlanması işlərini həyata keçirmək; İş zamanı diqqəti dağıdan hərəkətlərdən (telefonla çox danışmaq, qeyri-iş məsələləri ilə məşğul olmaq) çəkinmək. CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.