AI və Rəqəmsal Texnologiyalar üzrə Mütəxəssis - Nur Collection

Местоположение: Bakı

İş şəraiti İş yeri:  Abşeron rayonu Əliağa Vahid 1B (Masazır dairəsi) İş qrafiki 5 günlük iş həftəsi, 09:00-18:00-a dək Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq təyin olunacaq. Nahar fasiləsi: 13:00-14:00, Nahar müəssisə tərəfindən təmin edilir. Əsas vəzifələr: Süni intellekt texnologiyalarından istifadə etməklə şirkətin müxtəlif rəqəmsal və kreativ layihələrinin hazırlanması; AI vasitəsilə veb-saytların hazırlanması, yenilənməsi və inkişaf etdirilməsi; Hazır saytların dizaynının, funksionallığının və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi; AI vasitəsilə foto, video, reklam çarxları, animasiyalar, bannerlər, sosial media kontentləri və digər vizual materialların hazırlanması; Məhsul şəkillərinin AI ilə yaradılması, dəyişdirilməsi və peşəkar şəkildə redaktə olunması; Sosial şəbəkələr üçün kreativ Reels, Story, post və reklam materiallarının hazırlanması; Şirkətin müxtəlif layihələri üçün AI-dan istifadə etməklə təqdimatlar, mətnlər, dizaynlar və digər rəqəmsal materialların hazırlanması; AI vasitəsilə iş proseslərinin avtomatlaşdırılması və şirkətin iş effektivliyinin artırılması; Yeni AI proqramlarını, platformalarını və texnologiyalarını araşdırmaq və iş prosesinə tətbiq etmək; Texniki və kreativ tapşırıqları AI alətlərindən istifadə etməklə müstəqil şəkildə həll etmək; Ehtiyac olduqda sadə proqramlaşdırma və kodlaşdırma işlərini AI dəstəyi ilə həyata keçirmək; Şirkətin veb, sosial media, reklam və digər rəqəmsal layihələrində texniki dəstək göstərmək. Namizədə əsas tələblər: Süni intellekt alətləri ilə işləmək üzrə güclü praktiki bacarıq; AI-dan istifadə etməklə *sıfırdan sayt hazırlaya bilmək*; HTML, CSS, JavaScript və müasir web texnologiyaları barədə anlayış; ChatGPT, Claude, Gemini, GitHub Copilot və digər AI platformalarından effektiv istifadə bacarığı; Photoshop, Canva, CapCut, Premiere Pro və digər dizayn/video proqramlarında işləmək bacarığı üstünlükdür; AI vasitəsilə foto və video generasiya edə bilmək; Kreativ düşüncə və güclü vizual zövq; Yeni proqram və texnologiyaları sürətli öyrənmək bacarığı; Problemləri müstəqil şəkildə araşdırıb həll edə bilmək; Portfolio təqdim etmək. Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “ AI və Rəqəmsal Texnologiyalar üzrə Mütəxəssis”  qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər.