Местоположение: Bakı
“ODONTOS” MMC “SMM mütəxəssis” vakansiyasını elan edir: Sənin missiyan Instagram, TikTok və Facebook səhifələrinin idarə edilməsi Kreativ Reels, Story və post ideyalarının hazırlanması Video çəkilişlərinin aparılması və Reels üçün kreativ video kontentlərin hazırlanması Aylıq kontent planının hazırlanması və icrası İzləyicilərlə aktiv ünsiyyətin qurulması və mesajların cavablandırılması Sosial media trendlərinin izlənilməsi və brendə uyğun tətbiq edilməsi Kontent çəkilişlərinin təşkili və çəkiliş prosesində iştirak Regionlara səfərlərdə və zəruri hallarda ezamiyyətlərdə iştirak Sosial media səhifələrinin inkişafı və auditoriyanın artırılması Səndən gözləntilərimiz SMM sahəsində ən azı 1 il iş təcrübəsi Canva və CapCut proqramları ilə işləmə bacarığı Kreativ düşüncə və güclü copywriting bacarığı Trend və yenilikləri tez mənimsəmək Məsuliyyətli, operativ və təşəbbüskar olmaq Komandada işləmək və yeni ideyalar irəli sürmək bacarığı Regionlara səfər və ezamiyyətlərə hazır olmaq Biz nə təklif edirik? Rahat və dinamik iş mühiti Yaradıcılığını reallaşdırmaq üçün sərbəstlik İnkişaf və öyrənmə imkanları Maraqlı layihələrdə iştirak Peşəkar komanda ilə işləmək imkanı Əmək haqqı: Razılaşma yolu ilə Regionlara səfər və ezamiyyətlərlə bağlı imkanlar Xanım namizədlərə üstünlük verilir. Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “ SMM mütəxəssis ” qeyd edərək öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyi xahiş olunur.