Yüklənir...
Местоположение: Bakı
Təsvir İdarə Heyətinin üzvünü gündəlik iş qrafikinə, görüşlərinə, iclaslarına və digər rəsmi tədbirlərinə uyğun olaraq müəyyən edilmiş vaxtda və ünvanda qarşılamaq, təyinat nöqtəsinə təhlükəsiz və vaxtında çatdırmaq; Təhlükəsizlik qayda və proseduralarına əsasən icazə verilən marşrutlarla sürmək; İdarə Heyətinin üzvünün səfərləri zamanı eşidilən və ya məlum olan xidməti, kommersiya və digər məxfi məlumatların konfidensiallığını qorumaq, bu məlumatları səlahiyyətsiz şəxslərlə müzakirə etməmək və paylaşmamaq; Həvalə olunmuş nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik nəzarət etmək, yağı, suyu, akkumulyatoru, əyləcləri, şinləri və s. yoxlamaq, kiçik təmir işlərini öz üzərinə götürmək, təmir üçün vaxtında müraciət etmək, nəqliyyat vasitəsinin təmiz saxlanmasını təmin etmək; Rəsmi səfərləri, gündəlik qaçış, yanacaq sərfiyatı, yağlama və yağ dəyişməni qeyd etməklə, müvafiq sənədlər hazırlamaq; Yol-nəqliyyat hadisəsi, avtomobil nasazlığı və ya digər fövqəladə hal baş verdikdə müvafiq təhlükəsizlik tədbirlərini görmək, aidiyyəti şəxsləri və birbaşa rəhbəri dərhal məlumatlandırmaq; Avtomobilin təhlükəsiz və düzgün idarə olunması üçün avtomobilin xüsusi əməliyyat kitabçasını oxuyub anlamaq. Tələblər Təhsil: Orta təhsil; İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.Rəhbər şəxslərə və ya korporativ müştərilərə sürücülük xidmətinin göstərilməsi sahəsində təcrübə üstünlükdür; Lisenziya/ Sertifikat: Sürücülük vəsiqəsi; Xarici dil: İngilis dili (ünsiyyət səviyyəsində); Kompüter bilikləri: Naviqasiya tətbiqlərindən və mobil rabitə vasitələrindən istifadə bacarığı; Digər: Yüksək ünsiyyət mədəniyyəti, nəzakətlilik, səbir və fərqli situasiyalarda peşəkar davranış. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.