Yüklənir...
Местоположение: Bakı
“Premium Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis vakansiyası elan edilir. İşin təsviri: Bankın risk strategiyası, risk siyasətininin hazırlanmasında iştirak edir; Yeni kredit mәhsulları vә biznes proseslәrin tәşkilinә risk rәyini verir; Əməliyyat risklәrinin ölçülmәsi ilә bağlı metod vә modellәrin tәkmillәşdirilmәsi vә hesabatlılığı tәmin edir; Əməliyyat, bazar, likvidlik risk limitlәrinin müəyyənləşdirilməsində iştirak edir, risk limitlәrinә riayәt olunmasına nәzarәt edir; Ssenariləri təhlil edir, Stress-test modellərini hazırlayır, tətbiq edir və nəticələrini analiz edir; Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak edir, göstəricilərin hədəf səviyyəsində qalmasına nəzarət edir; Əməliyyat risklәrinin idarә edilmәsi üzrә hesabatlılıq sistemini qurur, tәhlil edir vә onların tәkmillәşdirilmәsini təmin edir; İnsidentlərin və daxil olan sorğuların vaxtında, operativ şəkildə icra edir və insidentlər üzrə müvafiq hesabatları hazırlayır; Əməliyyat risklərinə aparan müvafiq bazar və likvidlik risklərinin idarə edilməsini həyata keçirir.. Namizədə dair tələblər: Maliyyə, iqtisad sahəsində ali təhsil; Bank sektorunda risk sahəsində azı 3 illik iş təcrübəsi; Əla səviyyədə MS Excel biliyi; Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə ingilis dili biliyi; Mərkəzi Bankın normativ xarakterli sənədlərinin tələblərini əla səviyyədə bilmək; Detallara qarşı diqqətlilik, operativlik, analitik düşünmə bacarığı. Ekonometrika, statistik analitika haqqında biliklərə sahib olması arzuolunandır; Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Əməliyyat risklərinin idarə edilməsi üzrə Aparıcı/Baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.