Местоположение: Bakı
Vəzifə öhdəlikləri Bankın mövcud internet bankçılıq xidmətinin funksional və texniki baxımdan ətraflı təhlilini aparmaq. Mövcud internet bankçılıq xidmətində istifadə olunan servisləri, onların iş prinsiplərini, asılılıqlarını və inteqrasiya mexanizmlərini araşdırmaq. Servislərə göndərilən sorğuların (request) strukturunu, tələb olunan input parametrlərini, məlumat formatlarını və cavabların (response) strukturunu təhlil etmək. Servislərin uğurlu icrası zamanı əldə edilən request və response nümunələrini toplamaq, təhlil etmək və texniki sənədləşdirməsini həyata keçirmək. Servislərin funksional davranışını, biznes məntiqini, məlumat axınlarını və mümkün xəta ssenarilərini müəyyənləşdirmək və sənədləşdirmək. Mövcud internet bankçılıq xidmətinin təhlili əsasında yenilənəcək sistem üçün funksional tələbləri və texniki spesifikasiyaları hazırlamaq. Yeni internet bankçılıq xidmətinin hazırlanması prosesində biznes, texniki və proqram təminatının hazırlanması komandaları arasında koordinasiyanı təmin etmək. Hazırlanmış funksionallıqlar üzrə test ssenarilərini və test case-ləri tərtib etmək, funksional testləri icra etmək. Sistemin gözlənilən nəticələrə uyğun işləməsini yoxlamaq, aşkar edilmiş uyğunsuzluqları və xətaları sənədləşdirmək. Aşkar edilmiş problemləri aidiyyəti üzrə texniki komandalara yönləndirmək, onların aradan qaldırılmasını izləmək və təkrar testləri həyata keçirmək. Funksional tələblərin, texniki sənədlərin və test nəticələrinin aktuallığını təmin etmək, zəruri hallarda sənədləri yeniləmək. Yeni sistemin funksionallıqlarının mövcud sistemin biznes məntiqinə və bankın daxili tələblərinə uyğunluğunu yoxlamaq. İlkin mərhələdə hazırlanacaq aşağıdakı funksionallıqlar üzrə tələblərin təhlilini və test prosesini həyata keçirmək: Login və autentifikasiya Hesabların görüntülənməsi və izlənilməsi Pul köçürmələri (transferlər) Əməliyyatların təsdiqlənməsi Əsas tələb olunan bilik və bacarıqlar Biznes analizi və funksional tələblərin hazırlanması üzrə biliklər. REST API və HTTP protokolları, request/response strukturları ilə işləmək bacarığı. JSON və XML məlumat formatları üzrə biliklər. Postman və ya oxşar API test alətlərindən istifadə təcrübəsi. API sənədləşdirilməsi və texniki spesifikasiyaların hazırlanması bacarığı. Test ssenarilərinin və test case-lərin hazırlanması, funksional testlərin icrası üzrə biliklər. SQL və verilənlər bazası sorğuları üzrə biliklərin olması üstünlükdür. Bank məhsulları, internet bankçılıq və maliyyə əməliyyatları üzrə təcrübə üstünlükdür. Analitik düşünmə, detallara diqqət və texniki komandalarla effektiv kommunikasiya bacarığı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.