Rəngsaz – Mebel boyaçısı - Royale Sea Breeze MMC

Местоположение: Bakı

“Royale Sea Breeze Operation” MMC peşəkar Rəngsaz – Mebel boyaçısı axtarır! Vəzifə öhdəlikləri: Mebel və taxta səthlərin boyanması və laklanması; Boyama öncəsi səthlərin hazırlanması (zımparalama, astarlama, şpaklyovka); MDF, DSP və təbii ağac materialları ilə işləmək; Boya və lak materiallarının düzgün seçilməsi və tətbiqi; Boyama işlərinin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi; İş avadanlıqlarının saz vəziyyətdə saxlanılması və təhlükəsizlik qaydalarına riayət edilməsi. Namizədə tələblər: Mebel boyama sahəsində minimum 2 il iş təcrübəsi; MDF və taxta səthlərin boyanması üzrə praktiki biliklər; Boya püskürtmə avadanlıqları ilə işləmək bacarığı; Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət; Komandada işləmək bacarığı. İş şəraiti: İş yeri: Sea Breeze, Nardaran qəsəbəsi; İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək; Yemək və nəqliyyat şirkət tərəfindən təmin olunur; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi. Maraqlanan namizədlər CV-lərini və ya iş təcrübələri haqqında məlumatı 0992053264 /   Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı “Mebel boyaçısı” vakansiyasını qeyd etməyiniz xahiş olunur.