Yüklənir...
Местоположение: Bakı
"SAMT" MMC-də " Təmizlik işçisi " vakansiyası mövcuddur. İş yeri: Sumqayıt / Xızı Əsas öhdəliklər: Ofis, otaqlar, dəhlizlər və sanitar qovşaqların gündəlik təmizlənməsini həyata keçirmə; Tozların silinməsi, döşəmələrin yuyulması və zibillərin vaxtında çıxarılmasını təmin etmə; Sanitar qovşaqlarda gigiyenik vasitələrin (sabun, kağız və s.) mövcudluğunu nəzarətdə saxlamaq; Mətbəx və ümumi istifadə sahələrinin təmizliyini təmin etmək; Təmizlik vasitələrindən düzgün və qənaətlə istifadə etmək; Zəruri hallarda rəhbərlik tərəfindən verilən əlavə təmizlik işlərini yerinə yetirmək; Avadanlıqlardan düzgün istifadə etmək və zədələnmə halları barədə aidiyyəti üzrə məlumat vermək. Tələblər: Orta təhsil; Təmizlik və gigiyena qaydaları üzrə əsas biliklər; Təmizlik vasitələri və kimyəvi maddələrlə işləmə bacarığı. Şirkət tərəfindən verilən imtiyazlar: Nahar; Könüllü tibbi sığorta; Servis nəqliyyatı. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “ Məlumat Mərkəzi üzrə Mütəxəssis ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.