Vidеo Operator - Qəbələ şəhəri - Sos Media AZ

Местоположение: Bakı

Olduğu yer: Qəbələ şəhəri Yalnız Qəbələ şəhərində və ətraf ərazilərdə yaşayan namizədlər müraciət edə bilər Vəzifə öhdəlikləri: Layihə iştirakçıları ilə, operatorlarla qarşılıqlı əlaqə, planlaşdırma yığıncaqlarında iştirak etmək, cari planların və yeni layihələrin müzakirə olunması, iş planının tərtibatında iştirak etmək; Baş operatorla qarşılıqlı əlaqə, təkliflərin irəli sürülməsi, cari məsələlərin müzakirə olunması, iş planının tərtibatında iştirak etmək; Digər operatorlarla, layihə iştirakçıları ilə, layihə rejissorları ilə, layihə koordinatorları ilə, layihə menecerləri ilə qarşılıqlı əlaqə; Çəkiliş cədvəlinə uyğun olaraq layihə çəkilişlərində iştirak etmək; Video-çarxların bilavasitə çəkilişi, kadr qoyuluşu: aktyorla, rekvizitlə və lokasiyalarla iş — kadrda gözəl təsvirin yaradılması; Video-çarxlara dair önizləmənin və digər foto işlərinin yaradılmasında iştirak etmək; Rejissor meydançada olmadığı halda çəkiliş prosesinin idarə edilməsi; Çəkilişdən əvvəl referenslərin və artıq çəkilmiş, kanalda çəkiliş üçün planlaşdırılan ideyanın gözdən keçirilməsi; Vərdişlərinin təkmilləşdirilməsi, mobiloqrafiya və operatorluq sənəti sahəsində yeniliklər və trendlər haqqında məlumatın öyrənilməsi; İşıqlandırma avadanlığı ilə iş, quraşdırılma, test olunma, xidmət; Avadanlığın uçotunun aparılması, avadanlıqla ehtiyatlı davranma; Nasaz avadanlıq barədə, yaxud çəkilişlərin aparılması üçün yeni avadanlığın əldə edilməsi zərurəti barədə rəhbərliyi 6 saat ərzində xəbərdar etmək; Görülmüş iş barəsində hesabatların hazırlanması; Zərurət yarandıqda digər inzibati işləri yerinə yetirmək. Tələblər:  Oxşar vəzifədə ən azı 3 il iş təcrübəsi; Orta/orta ixtisas təhsili; MS Office üzrə yaxşı biliklər; Peşəkar kamera ilə işləmək bacarığı; Təbii işıqlandırma və səslə işləmək bacarığı; Gözəl zövqə və kompozisiya hissinə malik olmaq; Kreativ və qeyri-standart düşünmək və işə yanaşmaq qabiliyyəti; Ətrafdakı gözəlliyi görmək və onun ustalıqla kadra köçürmək qabiliyyəti; Komandada işləmək bacarığı, diplomatiya, stressə davamlılıq, məsuliyyət, mehriban və peşəkar davranış. Şərtlər: İş qrafiki – 20 gün çəkiliş, 10 gün istirahət; Əmək haqqı 1500 – 2000 Azn aralığı (təcrübədən asılı olaraq); Qəbələ şəhərində yaşayışın təşkil edilməsi; Peşəkar iş mühiti; Peşə və karyerada yüksəliş imkanı; Dəstək olmağa və texniki olaraq kömək etməyə hazır olan motivasiyalı, gənc və təcrübəli komanda. Müsahibə qəbul edilmiş bütün CV-lərə baxıldıqdan sonra baş tutacaq. Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.