Yüklənir...
Местоположение: Bakı
“NG SKY” MMC “Baş anbardar” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır. Əsas öhdəliklər: Anbarın gündəlik fəaliyyətini təşkil etmək və anbar əməliyyatlarına rəhbərlik etmək; Anbara daxil olan məhsulların, xammal, material və digər maddi sərvətlərin qəbulunu, sayılmasını, çeşidlənməsini və müvafiq sənədlərlə rəsmiləşdirilməsini təmin etmək; Qəbul edilən məhsulların miqdarının, çeşidinin, keyfiyyətinin müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq; Məhsulların və materialların müəyyən edilmiş saxlanma tələblərinə uyğun şəkildə yerləşdirilməsini və saxlanılmasını təmin etmək; Anbarda temperatur, rütubət, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi və digər müvafiq saxlama tələblərinə riayət olunmasına nəzarət etmək; Məhsulların son istifadə müddətinə nəzarət etmək, son istifadə müddəti yaxınlaşan məhsulların vaxtında müəyyən edilməsi və bununla bağlı məlumatların müvafiq şöbələrə ötürülməsi; FIFO/FEFO prinsiplərinə uyğun olaraq məhsulların anbardan buraxılmasını təmin etmək; Anbar ehtiyatlarının optimal səviyyədə saxlanılmasını təmin etmək, çatışmazlıq və ya artıq ehtiyat yarandıqda bununla bağlı məlumatların müvafiq şöbələrə ötürülməsi; Anbar üzrə giriş-çıxış əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək; Anbar qalığına dair məlumatların uçot sistemində düzgün əks etdirilməsinə nəzarət etmək; Dövri və illik inventarizasiyaların keçirilməsini təşkil etmək və inventarizasiya nəticələrinin rəsmiləşdirilməsi; Anbar fəaliyyətinin təkmilləşdirilməsi, əməliyyat xərclərinin və itkilərin azaldılması ilə bağlı rəhbərliyə təkliflər vermək; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yükləyib-boşaltma və yanğından mühafizə tələblərinə riayət etmək; Anbarda təmizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək; Vəzifə üzrə əsas tələblər: Müvafiq sahədə 5 il təcrübəsinin olması; Anbar təsərrüfatının təşkili və idarə edilməsi prinsiplərini bilmək; Anbar əməliyyatlarını planlaşdırmaq və effektiv təşkil etmək; FIFO və FEFO prinsipləri ilə işləmək təcrübəsinin olması; Anbar işçilərinin fəaliyyətini koordinasiya etmək və iş bölgüsü aparmaq üzrə təcrübənin olması; Yüksək məsuliyyətlilik və dəqiqlik bacarığının olması; Anbar uçotu sistemləri ilə işləmək bacarığı; Barkod və etiket sistemləri ilə işləmə təcrübəsi; Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması; Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur; Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.