Servis meneceri - Toyota Gəncə Mərkəzi

Местоположение: Bakı

Komandamıza avtomobil servisi sahəsində təcrübəli, güclü idarəetmə bacarıqlarına malik və nəticəyönümlü Servis meneceri axtarırıq. Namizədə əsas tələblər: Avtomobil servisi sahəsində iş və idarəetmə təcrübəsi Servis prosesləri, texniki xidmət və təmir əməliyyatları barədə ətraflı bilik İngilis və rus dillərini minimum C1 səviyyəsində bilmək — C2 səviyyəsi üstünlükdür Komandanı idarə etmək və əməkdaşların fəaliyyətini düzgün təşkil etmək bacarığı Güclü ünsiyyət, təqdimat və problem həll etmək bacarığı Müştəriyönümlü və nəticəyönümlü yanaşma Servis göstəricilərini və KPI-ları təhlil etmək bacarığı MS Office proqramlarında sərbəst işləmək bacarığı Əsas vəzifələr: Servis şöbəsinin gündəlik fəaliyyətinin planlaşdırılması və idarə edilməsi Avtomobillərin texniki xidmət və təmir proseslərinə nəzarət edilməsi İş bölgüsünün və servis qəbulunun düzgün təşkil edilməsi Görülən işlərin keyfiyyətinə və müəyyən edilmiş müddətlərə nəzarət edilməsi Müştəri müraciətlərinin, iradlarının və şikayətlərinin operativ şəkildə idarə olunması Müştəri məmnuniyyətinin və servis keyfiyyətinin yüksəldilməsi üçün tədbirlərin həyata keçirilməsi Servis üzrə satış, məhsuldarlıq və gəlirlilik göstəricilərinin izlənilməsi Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinin təmin edilməsi Toyota-nın korporativ, texniki və müştəri xidməti standartlarının tətbiq edilməsi Servis fəaliyyəti üzrə müvafiq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi   Peşəkarlıq tələbləri: Komanda ilə çalışmaq bacarığı; Yaxşı analitik, problemlərin həll edilməsi və axtarış bacarıqlarının olması; Müştərini dinləmək və inandırmaq bacarığı; Təqdimat bacarığı; Təzyiq altında işləmək bacarığı və prioritetlərin ortaya qoyulması qabiliyyəti; Digər məlumatlar: İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun sağ tərəfi Ezamiyyə imkanları (zəruri hallarda) 6 günlük iş rejimi (bazar ertəsi – şənbə) İş vaxtı: Bazar ertəsi-Cümə: 09:00 – 17:00;  Şənbə: 09:00-15:00 Rəqabətə uyğun əmək haqqı və performansa əsaslanan bonus sistemi Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.